İlham Əliyev: Qubadlı şəhəri işğaldan azad olundu

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twıitter” hesabında yazıb. Onun sözlərinə görə, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndləri də geri alınıb.

Source: Specify Source


Bir sıra kəndlər də geri alınıb

Oktyabrın 25-də Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twıitter” hesabında yazıb.

Onun sözlərinə görə, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndləri də geri alınıb.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silah qüvvələrinin təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb. Azərbaycan ordusunun Füzuli, Hadrut, Zəngilan, Cəbrayıl rayonlarını və 150-dən artıq kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirilib.

Qubadlı rayonu 1933-cü ildə yaradılıb, inzibati mərkəzi Qubadlı şəhəridir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Ana səhifəSiyasətİlham Əliyev: Qubadlı şəhəri işğaldan azad olundu