Source: Meydan TV

İki günlük sərt karantin rejiminə görə mağazalar boşaldıldı

İki günlük sərt karantin rejiminə görə mağazalar boşaldıldı

Mağazalar iki günlük bağlanır deyə sakinlər vitrinləri boşaldıb. Kassalarda uzunluğu görünməyən növbələr yaranıb. Satıcılar adi günlərdən 2-3 dəfə artıq işləməli olub. Boşaldılan rəflərin yerinə satıcılar yenilərini qoyublar. 

Bir gün öncə, 4 iyunda Operativ Qərargah məlumat yaydı ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri, ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılacaq.

Xüsusi təyinatlı, qəza-bərpa, təcili yardım maşınlarının işi istisnadır. 

Operativ Qərərgah bunu COVİD-19 infeksiyasına yoluxanların sayının kəskin artması ilə əlaqələndirib.

5 iyunda 338 nəfər COVİD-19 virusuna yoluxub, 4 nəfər vəfat edib. Bu günə qədər ölkədə 6860 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3871 nəfər sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/sz2s37

Most Viewed