Ülviyyə Ağayeva

Source: Meydan TV

Caption: Ülviyyə Ağayeva

İcra nümayəndəsi deputatlığa namizədə görə işdən çıxarılıb?

Ağköynəklilərin keçmiş deputata etiraz etdiyi, buna görə icra nümayəndəsinin cəzalandırıldığı bildirilir

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən namizədliyi qeydə alınmış Ülviyyə Ağayeva ilə Qazax rayonunun Ağköynək sakinləri arasında mübahisə yaranıb. Bu barədə Meydan TV-yə məlumat verən kənd sakinlərinin sözlərinə görə, hadisə yanvarın 18-də baş verib. Onlar indiyədək deputat olmuş Ülviyyə Ağayevanın ötən müddət ərzində seçicilərlə görüşməməsi, onlarla maraqlanmaması ilə bağlı narazılıqlarını bildiriblər. Seçicinin yüksək tonla şikayət etməsindən əsəbləşən namizəd ona “mənim tərbiyəm yol vermir ki, bağıra-bağıra danışım. Ona görə sakit danışacam”, - deyə cavab verib. “Belə çıxır biz tərbiyə görməmişik” deyən bir qrup Ağköynəkli sakini Ülviyyə Ağayevanın yenidən deputat seçilməsinə narazılıq edib. Onlar namizədə səs verməyəcəklərini deyiblər və onun kənddən çıxıb getməsini istəyiblər.

Adlarının açıqlanmasını istəməyən kənd sakinlərinin sözlərinə görə, bu hadisədən sonra Ağköynək kənd icra nümayəndəsi Aydın Hacıyev Qazax Rayon İcra Hakimiyyətinə çağırılıb. Onun işdən çıxmasına dair ərizəsi alınıb.

“Ovqat.com” saytı isə yazır ki, icra hakimiyyətində Aydın Hacıyevdən kəndliləri adından Ülviyyə Ağayevadan üzr istəməsi və yenidən görüş təşkil olunması tələb olunub. Əks halda işdən çıxarılacağı deyilib. İcra nümayəndəsi kənd sakinlərini razı sala bilməyəcəyini deyərək, üzr istəməkdən imtina edib. Buna görə də onu vəzifəsindən azad ediblər.

Qazax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə həqiqətən Aydın Hacıyevin məsələ ilə bağlı çağırıldığını təsdiqləsələr də, onun işdən çıxarılıb-çıxarılmadığına aydınlıq gətirməyiblər. “Mən bu suala cavab verəcək adam deyiləm, siz icra başçısı və ya müavini ilə əlaqə saxlayın”, - deyə adını söyləməkdən çəkinən İH əməkdaşı bildirib.

Aydın Hacıyev isə Meydan TV-yə deyib ki, onun işdən çıxarılması ilə bağlı məlumat həqiqətəuyğun deyil. İcra nümayəndəsi başqa suallara cavab vermək istəməyib. Nümayəndəliyin əməkdaşı isə deyib:

“Aydın müəllim bu gün işdə idi. Biz də eşitmişik ki, çıxarılıb, amma özü işə gəlmişdi, ətraflı məlumatımız yoxdur”.

Mərkəzi Seçki Komissiyasından məsələni araşdıracaqlarını bildiriblər. Qanunla icra hakimiyyətinin seçkilərə müdaxiləsi yolverilməzdir və hər hansı bir namizədin xeyirinə təbliğat kampaniyasında iştirak etməməlidir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vej67n

Most Viewed