İradə Gülməmmədova

Source: arxiv

Caption: İradə Gülməmmədova

İcra başçısının bacısı oğlu məhkəmə qarşısına çıxarıldı

İttiham aktının həcmi böyük olduğundan bir məhkəmə iclasında yekunlaşmayıb

Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin keçmiş müdiri, rayonun baş memarı Akif Əliyev, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar-Təmir Sahəsinin sabiq rəisi Murad Əhmədov və daha 7 nəfərin mühakiməsi başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Təqsirləndirilən şəxslər arasında Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyev də var. O, istintaq dövründə həbsdə olmayıb. Onun və daha bir təqsirləndirilən Tural Ağaməmmədovun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Lakin fevralda məhkəmənin hazırlıq iclasında hakimlər onların barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi və hər ikisinin məhkəmə zalında həbs olunmasına qərar verib.

Martın 1-də bu iş üzrə məhkəmə baxışı başlayıb. Prokuror ittiham aktını elan edib. İttihamın həcmi böyük olduğuna görə orada yazılanları elan etmək üçün bir məhkəmə iclası yetərli olmayıb. Martın 15-də keçiriləcək növbəti iclasda prokuror ittihamın elanını davam etdirəcək.

Məhkəmədə həmçinin Babək Zalıyevin vəkili Eynulla Vəliyev bu iş haqqında mediada yazılanlara etiraz edib. Söhbət məhkəmənin hazırlıq iclasında iki təqsirləndirilən şəxs barəsində də digərləri kimi, həbs qətimkan tədbiri seçilməsi haqda yayılan xəbərdən gedir.Yayılan xəbərlərdə qeyd olunmuşdu ki, sözügedən iki nəfərdən biri icra başçısının bacısı oğludur.

Hakim isə bildirib ki, açıq məhkəmə iclasında media nümayəndələrinin də iştirak etmək hüququ var. Lakin məhkəmə prosesində olanlar qərəzsiz şəkildə, qanunvericiliyin tələblərinə uyğun işıqlandırılmalıdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Akif Əliyev və digərləri saxlanılıb. Onlara qarşı rüşvət alma, rüşvət verməyə təhrik və başqa ittihamlar irəli sürülüb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g2ll4l

Most Viewed