Hüseyn Abdullayevin həbs müddəti uzadılıb

Məhkəmə daha 3 ay həbs müddəti təyin edib

Source:
Гусейн Абдуллаев
Гусейн Абдуллаев


Məhkəmə daha 3 ay həbs müddəti təyin edib

Nəsimi Rayon Məhkəməsi sentyabrın 12-də keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətini daha 3 ay uzadıb.



Report

” agentliyi yazır ki, qərar hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri aprelin 23-də Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən https://www.meydantv.org/az/article/din-huseyn-abdullayev-turkiyede-saxlanilib-ve-bakiya-getirilib/ sabiq deputat Hüseyn Abdullayev haqda məlumat yayıblar.

Bildirlir ki, Vergilər Nazirliyinin apardığı səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

“İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub”.

Hüquq mühafizə orqanları bildirirlər ki, Hüseyn Abdullayev 3 oktyabr 2016-cı idə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gəlir əldə edib. Onun

Cinayət Məcəlləsi

nin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

“Oğuz Eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami II seçki dairəsində Milli Məclisə mandat qazanıb. 2007-ci ilin martında Milli Məclisin plenar iclasında hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranıb.

Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb və həbs olunub.

Sonradan o, azadlığa buraxılıb və Almaniyada mühacir həyatı yaşayıb.

H.Abdullayev 2017ci il oktyabrın 13-də prezident seçkisində iştirak edəcəyi haqda bəyanat vermişdi.

Sonradan o, seçkiləri boykot etdiyini açıqladı və bildirdi ki, İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total və təcili saxtakarlığa hesablanmış bir addımdır.

Ana səhifəXəbərlərHüseyn Abdullayevin həbs müddəti uzadılıb