“Human Rights Watch”

Source: Foto: Meydan tv

Caption: “Human Rights Watch”

HRW: Azərbaycan hakimiyyəti dinc etirazlara, hətta Bakının mərkəzində də dözməyə borcludur

“Azərbaycan insanların sərbəst toplaşmaq hüququna hörmətsiz yanaşır”

“Azərbaycan hökuməti insanların dinc etiraz aksiyalarını keçirmək hüququna tam hörmətsizlik nümayiş etdirib”.

Bunu həftəsonu təşkil olunmuş müxalifətin dinc etirazlarını zorakılıq tətbiq etməklə dağıtmağa çalışmış höküməti tənqid edən “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

“Hakimiyyət bütün etirazçıları dərhal azad etməli və hüquq-mühafizə orqanları tərəfindən pis rəftarla bağlı iddiaları araşdırmalıdır”,- Gogia bəyanatında qeyd edib.

Azərbaycanda müxalifət partiyaları və fəallar koalisiyası olan Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da Bakının mərkəzində nümayiş təşkil edib. Hakimiyyət etiraz aksiyasının Bakının mərkəzində keçirilməsinə razılıq verməyib.

Oktyabrın 19-da erkən saatlarda Bakı metrosu şəhərin mərkəzində yerləşən üç stansiyada fəaliyyətini dayandırıb. Polis şəhərin mərkəzinə gediş əraziləri və yolları bağlayaraq əhalinin aksiyaya qatılmasının qarşısını alıb. Media və fəallar da ərazinin yaxınlığında internetin kəsildiyini və mobil telefonun əhatə dairəsinin problemli olduğunu bildirib.

Azərbaycan Konstitusiyasında qrupların sadəcə müvafiq dövlət orqanına əvvəlcədən xəbərdarlıq etdikdən sonra dinc şəkildə toplaşması nəzərdə tutulsa da, praktikada insanların bir araya gəlmələri yerli icra hakimiyyətləri tərəfindən alınmış icazə ilə mümkündür.

Oktyabrın əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi müxalifət nümayəndələrinin şəhər mərkəzində aksiya keçirmək istəklərinə qarşı çıxmış və müxalifətə mitinqin keçirilməsi üçün ictimai nəqliyyatla asanlıqla getməyin mümkün olmadığı Lökbatan ətrafında alternativ bir yer təklif etmişdi.

Oktyabrın 19-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq icazəsiz aksiya keçirmək barədə xəbərdarlıq edərək qeyd edib ki, hüquq-mühafizə orqanlarına qanunsuz hərəkətlərin qarşısını almaq və ciddi tədbirlər görmək, o cümlədən qanunu pozanlara qarşı cinayət məsuliyyəti tətbiq etmək səlahiyyəti veriləcək.

“Human Rights Watch” bildirib ki, Azərbaycan Bakının mərkəzi ərazilərində keçirilən etiraz aksiyalarına qadağa qoyur və bu, Azərbaycanın sərbəst toplaşmaq, ifadə azadlığına hörmət və qorumaq ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini göstərir. Avropa İnsan Hüquqları Məhkəməsi xəbərdarlıq etdiyi kimi, “sərbəst toplaşmaq və ifadə azadlığını boğmaq tədbirləri demokratiyaya zərbə vurur və onu təhlükə altına alır”.

“Aksiya icazəsiz olsa da, polis heç bir təhlükə yaratmayan etirazçıları dağıtmaq üçün güc tətbiq etməməli idi”- Gogia deyib:

“Sərbəst toplaşmaq azadlığı əsas hüquqdur və Azərbaycan hakimiyyəti dinc etirazlara, hətta Bakının mərkəzində də dözməyə borcludur”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/h1sbdm

Most Viewed