Hindistanda müsəlman-hindu münaqişəsinə görə yüzlərlə adam həbs edilib

Prezident Donald Tramp New Delhini tənqid etməkdən imtina edib.

Source: google.az


Media ölənlərin sayının artacağını deyir

Hindistan polisi cümə günü illərdən sonra ölkənin ən dəhşətli məzhəb münaqişəsinə görə yüzlərlə insanı həbs etdiyini açıqlayıb, – “Reuters” xəbər verir.

Bu həftə hind-müsəlman münaqişəsi nəticəsində ən az 38 nəfərin öldürüldüyü qeyd edilir. Beynəlxalq ictimaiyyət hakimiyyəti müsəlman azlığı qoruya bilməməkdə günahlandırır.

Media ölənlərin sayının artacağını deyir.

Delhi polis nümayəndəsi M.S.Randhawa deyib ki, polis zorakılıqla bağlı video görüntülərə baxaraq dəlil toplamağa çalışır və bu səbəbdən 600-dən çox insanı saxlayıb.

“Həbslər vəziyyəti nəzarət altına almaq üçün vacib idi”,- Randhawa jurnalistlərə müsahibə zamanı deyib. O, yeni münaqişə halının qeydə alınmadığını deyib.

Toqquşmalar Baş nazir Narendra Modinin hind millətçi hökumətinin dekabr ayında irəli sürdüyü vətəndaşlıq qanunu ilə bağlıdır. Qanuna əsasən qonşu ölkələrdən olan altı dini qrupa aid olan şəxslər Hindistan vətəndaşlığına müraciət edə bilərlər. Bu dini qruplar arasına müsəlmanlar aid deyil.

Tənqidçilər qanunun ayrı-seçkilik yaratdığını və Hindistanın 200 milyonluq müsəlman əhalisinin gələcəyi ilə bağlı narahatlığı artıran səbəb olduğunu bildirir. Hindistanda müsəlman əhalinin çoxluq təşkil etdiyi Jammu və Kəşmir əyalərlərindən muxtariyyət statusunun götürülməsi kimi hallar da müsəlmanların narazılığına səbəb olub.

Hökumət tənqidçiləri bu ayın əvvəlində yerli Delhi seçkilərində Modinin Bharatiya Janata Partiyasının (BJP) üzvlərini zorakılıqda günahlandırıblar. BJP iddiaları rədd edib.

Münaqişə zamanı hindu və müsəlman qrupları küçələrə axışaraq bir-birilərinə hücum ediblər. Polis zorakılığın qarşısını almaqda təsirli ola bilməyib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) müsəlmanlara qarşı zorakılığı və məscidlərin və müsəlmanlara məxsus mülklərin vandalizmini pisləyib.

Prezident Donald Tramp New Delhini tənqid etməkdən imtina edib. Bernie Sanders ABŞ-ı bölgədə insan hüquqları məsələsinə münasibətdə etinasız olmaqda günahlandırıb.

Tramp münaqişə zamanı Hindistana dövlət səfərində olub.

Ana səhifəDünyaHindistanda müsəlman-hindu münaqişəsinə görə yüzlərlə adam həbs edilib