İki ölkə sərhədi

Source: google.az

Caption: İki ölkə sərhədi

Hindistan Kəşmirin statusunu ləğv edib

Bu qərar Hindistan prezidenti tərəfindən imzalandıqdan sonra qanuni qüvvəyə minəcək

Hindistan hökuməti Hindistanın idarəsi altında olan Kəşmirə ordu göndərdikdən və bölgədəki telefon və İnternet xidmətlərini kəsdikdən sonra ərazinin xüsusi statusunu ləğv edib, - Azadlıq Radiosu xəbər verir.

Pakistan qonşu dövlətin bu addımının BMT-nin Kəşmirlə bağlı qətnaməsini pozduğunu deyir və Hindistanı qınayıb.

Kəşmir Hindistan və Pakistan arasında bölünüb. Belə ki, hər iki dövlət bölgənin bütövünə iddia edir. Hindistan və Pakistan Britaniya hakimiyyətindən müstəqillik qazandıqdan bəri Kəşmir uğrunda üç müharibə aparıblar.

Hindistan hakimiyyətinin əməliyyat planı avqustun 5-də erkən saatlarda başlayıb. Hindistan ictimai hərəkətə məhdudiyyət qoyaraq bölgənin əsas şəhəri olan Srinagardakı bütün məktəbləri bağlayıb.

4 avqustda Pakistan polisi bildirib ki, Hindistan Kəşmiri iki nüvə rəqibi arasında ayıran Nəzarət Xətti (LoC) boyunca atəş edib və bir qadının yaralanmasına səbəb olub. Davam edən atışma sərhəd kəndlərində əhali arasında qorxuya səbəb olub.

Bir gün əvvəl Pakistan Hindistanı iki mülki vətəndaşının öldürülməsində və 11 nəfərin yaralanmasında günahlandırıb. Hindistan bu iddianı rədd edir.

Son günlərdə Hindistan Kəşmirə ən azı 10 min əsgər göndərib. Media xəbərlərində deyilir ki, bölgəyə daha 25 min əsgər göndərilməsi gözlənilir.Daxili işlər naziri Amit Şah avqustun 5-də müxalifətin kütləvi etirazları fonunda parlamentdə bölgənin statusunun ləğv olunduğunu elan edib və vurğulayıb ki, bu qərar Hindistan prezidenti tərəfindən imzalandıqdan sonra qanuni qüvvəyə minəcək.Qərar hüquq ekspertləri tərəfindən geniş tənqid edilib, bəziləri bunu konstitusiyaya hücum adlandırıb.

Ləğv edilmiş status konstitusiyanın 370-ci maddəsinə dəlalət edir. Belə ki, konstitusiyaya əsasən bu qanunla Hindistan dövləti Jammu və Kəşmirə müdafiə, rabitə və xarici işlər xaricində bütün məsələlərdə azadlıq tanıyır. Belə ki, bu torpaqlar öz konstitusiyasına, bayrağına və qərar qəbuletmə hüququna sahibdir.

370-ci maddə həmçinin xaricdə yaşayan hindlilərin burada daimi məskunlaşmasını, torpaq almasını, yerli idarəetmə işlərində iştirakını və ya təhsil təqaüdünə sahib olmasını qadağan edir. 370-ci maddə həssasdır, çünku müsəlman əksəriyyətə sahib olan Kəşmirə muxtariyyət verir.

Hindistanın hindu millətçi hakimiyyətinin tənqidçiləri qeyd edirlər ki, hindular ərazidə məskunlaşdırılmağa başlayarsa, müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirin demoqrafik vəziyyəti ciddi şəkildə dəyişəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/emgw60

Most Viewed