Sərhədi pozan Tərtər rayonunun sakini Etibar Yadigarov

Source: Foto: DSX

Caption: Sərhədi pozan Tərtər rayonunun sakini Etibar Yadigarov

Hərbi qulluqçu sərhəd pozuçusunu yaxalayarkən xəsarət alıb

Article was updated on :  14 October 2019

“Hadisə yerindən narkotik maddələr tapılıb”

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu sərhəd pozuçusunu yaxalayarkən xəsarət alıb.

Məlumatı DSX yayıb.

Hadisə oktyabrın 12-də saat 13:20 radələrində “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında baş verib.

“Sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhədi pozan Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla hərbi qulluqçuya hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir”, - məlumatda deyilir.

DSX bildirib ki, hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  14 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/t3csym

Most Viewed