Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarıldı (yenilənib)

Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub

Source:


13.35. General-mayor Hafiz Musayev nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinə rəis təyin edilib. H.Musayev bu vəzifəyə qədər həmin idarənin rəis müavini olub.


Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev bununla bağlı dəqiq məlumatı günün sonunda verə biləcəyini deyib (lent.az).


Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub

Oktyabrın 28-də Milli Təhlükəsizlik Nazirliyi Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov nazirin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri ilə bu gün vəzifəsindən azad edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Nizami Şirinov uzun illər ərzində MTN-də çalışıb. O, bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.

Ana səhifəXəbərlərHərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarıldı (yenilənib)