Lökbatan

Source: Meydan TV

Caption: Lökbatan

“Hər il 5-10 metr əraziyə asfalt örtüyü çəkilsəydi, indi problemimiz olmazdı”

Article was updated on :  25 January 2021

Lökbatan sakinləri yolsuzluqdan gileylənir

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki bəzi məhəllə yolları yağış və ilk qardan sonra keçilməz olub.

Bu barədə Meydan TV-yə qəsəbə sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, “Dağlıq” adlandırılan ərazidə işıq olmadığından xüsusilə axşamlar gediş-gəliş çətinləşir.

“Yollarda asfalt örtüyü olmadığından palçıq dizə qədər qalxıb, gölməçələr yaranıb. Axşam saat 6-dan sonra hava qaralır, telefon işığında yol gedirik. Neçə dəfə yıxılıb, xəsarət alanlar olub. Qar yağan gün 74 yaşlı qonşum yıxılıb, qolu çatlayıb. Yazıq evi soyuq olduğundan qızıgilə gedirmiş», - sakinlərdən Sona Məmmədova bildirib.

Şikayətçilər deyiblər ki, yol, işıq, avtobus olmadığından bu ərazilərdə torpaq ucuzdur, çoxluq maddi imkansızlıq və çarəsizlikdən burda torpaq alıb, ev tikib. Massiv əsasən son 25-30 ildə salınıb. İndi evlərini dəyər-dəyməzinə satışa çıxaranlar var, ancaq alıcılar yolun vəziyyətini görüb almaq istəmirlər.

6-cı keçid adlandırılan ərazidəki evlərin sakinləri deyir ki, yolun təmiri üçün illərdir şikayət etmədikləri qurum qalmayıb.

“Lökbatan qəsəbə bələdiyyəsi, Qaradağ Rayon İcra Hakimiyyəti problemdən xəbərdardır, ancaq tədbir görməyə tələsmirlər. Hər il 5-10 metr əraziyə asfalt örtüyü çəkilsəydi, indi problemimiz olmazdı”,- Sona Məmmədova söyləyib.

Sakinlər redaksiyaya yolların vəziyyətini əks etdirən görüntülər də təqdim ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, qəsəbədəki yollar mərhələli şəkildə təmir olunur, həmin ərazi də planda var.

6-cı keçid adlandırılan ərazidəki evlərin sakinləri deyir ki, yolun təmiri üçün illərdir şikayət etmədikləri qurum qalmayıb.

6-cı keçid adlandırılan ərazidəki evlərin sakinləri deyir ki, yolun təmiri üçün illərdir şikayət etmədikləri qurum qalmayıb.

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 January 2021
Featured in:  
Shortlink:   http://mtv.re/opbxgd

Most Viewed