Gürcüstanda daha bir nəfərin ”donuz qripi”ndən öldüyü təsdiqlənib

Son bir ayda qripdən ölənlərin sayı 18 nəfərə çatıb

Foto: arxiv
Gürcüstan
Gürcüstan


Son bir ayda qripdən ölənlərin sayı 18 nəfərə çatıb

Gürcüstanın Zuqdidi Şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb.

“Newsgeorgia.ge”

-nin məlumatına görə, adı açıqlanmayan şəxs xəstəxanaya yanvarın 10-da gətirilib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Ekspertiza həmin şəxsdə də “donuz qripi” adandırılan A (H1N1) virusunu təsdiqləyib. Bununla da son bir ayda Gürcüstanda qrip diaqnozu ilə ölmüş şəxslərin sayı 18 olub.

Hazırda 26 şəxs qrip diaqnozu ilə Zuqdadi Şəhər Xəstəxanasında müalicə olunur.

Gürcüstanda H1N1 qripi hallarının artması səbəbindən qış tətilini uzadıblar – məktəblilər dərsə, planlaşdırıldığı kimi, yanvarın 15-də deyil, 21-də gedəcəklər.

Ana səhifəXəbərlərGürcüstanda daha bir nəfərin ”donuz qripi”ndən öldüyü təsdiqlənib