Gürcü polisi etirazçılara qarşı təzyiqli sudan istifadə edib

Hadisə yerindən canlı yayımlanan video görüntülərdə nümayişçilərin su püskürdüsüylə necə dağıdıldıqları görünür.

Source: JAMnews


“Mitinq qanun çərçivəsini aşıb”, – Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanatında qeyd edib

Tbilisidə çevik polis alayı qüvvələri parlamentin girişini bağlayan etirazçılara qarşı təzyiqli sudan istifadə edib, – “Current Time” xəbər verir.

Parlament proporsional seçki sisteminə keçidlə bağlı tələb olunan konstitusiya dəyişikliklərini rədd etdiyinə görə etirazların dördüncü günündə, noyabrın 18-də, yüzlərlə nümayişçi parlament binasının qarşısına toplaşıb.

Hadisə yerindən canlı yayımlanan video görüntülərdə nümayişçilərin su püskürdüsüylə necə dağıdıldıqları görünür. Qaranlıq düşdükcə etirazçıların böyük qrupları parlament binası qarşısında polis qüvvələri ilə üz-üzə qalıb.

“Mitinq qanun çərçivəsini aşıb”, – Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanatında qeyd edib. Ancaq nazirlik parlamentin qarşısının təmizlənməsi üçün hansısa addımların atılacağını bildirməyib.

Noyabrın 17-də ABŞ və Avropa İttifaqı Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini erkən seçkilərlə bağlı “dinc dialoqa” çağırıb.

Sistemin 2020-ci ildən etibarən qarışıq sistemdən proporsionala dəyişdirilməsi iyun və iyul aylarında Tbilisidə həftələrlə mitinq keçirən minlərlə nümayişçinin tələblərindən biri olub.

Qanunverici orqanın təxminən yarıdan çoxu proporsional seçkiylə seçilir.

Müxalifət partiyaları hazırkı seçki sisteminin hakim Gürcü Arzusu Partiyasının lehinə olduğunu düşünür.

Partiyanın qurucusu və lideri Bidzina İvanişvili də daxil olmaqla Gürcü Arzusu Partiyası sürətlənmiş islahatları dəstəkləyib, lakin tədbirlər hələ də nəticəsiz qalıb.

Bu, bəzi millət vəkillərinin, o cümlədən spiker müavini Tamar Xangoşvilini partiyadan istefa verməsinə səbəb olub.

Bununla yanaşı, Gürcü Arzusunun baş katibi olan Tbilisi meri Kaxa Kaladze deyib ki, seçicilər fikirlərini səs qutusunda səsləndirməlidirlər və bunun üçün seçkiləri gözləməlidirlər.

“Seçkiyə bir ildən daha az qalıb. Artıq seçki sistemi ilə bağlı yeni təşəbbüs nəzərdən keçirmək fikrində deyilik. Seçkilər konstitusiya baxımından, ən yüksək demokratik standartlarda keçiriləcək”, – o deyib:

“Buna görə də biz oponentləri seçkilərə hazırlaşmağa çağırırıq”.

Avropa İttifaqının Gürcüstandakı nümayəndə heyəti və ABŞ səfirliyi 17 noyabrdakı bəyanatında deyib ki, onlar “parlamentin konstitusiya dəyişikliklərini qəbul edə bilməməsinə görə gürcü cəmiyyətinin geniş seqmentinin dərin xəyal qırıqlığına uğramasını anlayır”.

“Proporsional seçkiyə keçidin ertələnməsi hakim partiya ilə digər siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında inamsızlığı və gərginliyi artırıb”, – bəyanatda vurğulanır.

Səsvermə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tənqidlərinə də səbəb olub.

Ana səhifəDünyaGürcü polisi etirazçılara qarşı təzyiqli sudan istifadə edib