Gülər Əhmədov və oğlu Toğrul Əhmədov

Source: google.az

Caption: Gülər Əhmədov və oğlu Toğrul Əhmədov

Gülər Əhmədovanın oğluna hökm oxundu

Article was updated on :  6 August 2020

Qanunsuz silah saxlamaqda ittiham olunan deputat oğlu 2 il iş aldı

Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov 2 il azadlıqdan məhrum edilib. Nərimanov Rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Məhkəmədən Meydan TV-yə bildirilib ki, 33 yaşlı T.Əhmədov haqqında hökm iyulun 24-də çıxarılıb. Hakim Samir Məmmədovun çıxardığı hökmə əsasən, o, Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib. Onun avtomobilindən tapança və partonlar tapıldığı iddia olunur.

T.Əhmədov bu ilin yanvarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində saxlanılıb.

“Onun işinə hələ mart ayından məhkəmədə baxılırdı. Dəfələrlə pandemiyaya görə məhkəmə təxirə salınmışdı. Ona görə iyula qədər uzandı”, - deyə məhkəmədən bildirilib.

T.Əhmədov Maliyyə Nazirliyinin əməkdaşı olub.

2000-ci ildən 2012-ci ilə qədər deputat olmuş Gülər Əhmədova özü də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 307-ci (cinayəti bilib xəbər verməmə) maddələrilə həbsdə olub. O, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat olması üçün ondan 1 milyon almaqda ittiham edilirdi. Sabiq deputatla rektor arasındakı söhbətin videogörüntüsü yayılsa da, G.Əhmədova həmin kadrların montaj olduğunu iddia edirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə G.Əhmədovaya 3 il həbs cəzası verilmişdi. O, 1 il 3 ay həbsdə qalandan sonra Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən o, şərti cəza ilə azadlığa buraxıldı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  6 August 2020
Featured in:  
Shortlink:   http://mtv.re/fia1ak

Most Viewed