Gizli inaqurasiya: Lukaşenko artıq and içib

MSK sədri Lukaşenkoya vəsiqəsini təqdim edib

Source: Reuters

Material

"Euroradio"

saytında dərc edilib



MSK sədri Lukaşenkoya vəsiqəsini təqdim edib

Aleksandr Lukaşenko artıq inaqurasiya proseduru keçirib.

Mərasim sentyabrın 23-də Minskdə, Müstəqillik Sarayında keçib. O, anons edilməyib. Bildirilir ki, indiyədək belə bir hal olmayıb.

Saraya bir neçə yüz adam, əsasən məmurlar dəvət edilib. Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkoya Belarus Respublikasının Prezidenti vəsiqəsini təqdim edib.

Məlum olduğu kimi, Aİ və ABŞ Lukaşenkonun legitimliyini tanımır. Belarusda artıq ikinci aydır ki, yeni seçkilər uğrunda kütləvi aksiyalar keçirilir.

Ana səhifəDünyaGizli inaqurasiya: Lukaşenko artıq and içib