Gəncədə yaşayış binasında partlayış olub (yenilənir)

Hadisə nəticəsində ölən və yaralananlar var

Source:


***


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov partlayış baş verən ərazidə olub. Nazir jurnalistlərə deyib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb:


“Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək”.


***


Yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin – 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb.


N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.


***


Hadisə nəticəsində ölən və yaralananlar var

Noyabrın 20-də, səhər saatlarında Gəncə şəhərindəki dördmərtəbəli binada partlayış olub. Hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.


“Report”

-un məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Ana səhifəXəbərlərGəncədə yaşayış binasında partlayış olub (yenilənir)