Gəncədə saxlanılanlara qarşı ittiham irəli sürülüb

Dörd gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Kürdəmirdə də əməliyyat keçirib.

Source: google.az


Sabiq məmurlarla bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Gəncədə keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var. Bunlar Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncənin Nizami rayonun keçmiş icra başçısı Məharət Mustafayevdir. M.Mustafayev həm də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri olub.

“Saxlanılan şəxslər Bakıya – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət vermə), 34.312 (rüşvət verməyə təhrik) və 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin istintaq dövründə həbsdə qalmasına qərar verilməsi üçün məhkəməyə təqdimat verilib”, – Meydan TV-yə bildirilib.

Sabiq məmurlar haqqında həbs-qətimkan tədbirinin seçilməsi üçün prokurorluğun təqdimatına avqustun 24-də Binəqədi Rayon Məhkəməsində baxılacaq. Amma onların işinə ayrı-ayrılıqda baxılıb qərar veriləcək. Məhkəmə işlərindən birinə hakim Fərid Əmirəliyev, digərinə isə Vüqar Məmmədov sədrlik edəcək.

Dörd gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Kürdəmirdə də əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı, onun birinci müavini və icra hakimiyyətinin şöbə müdiri həbs olunub.

Ana səhifəBölgəGəncədə saxlanılanlara qarşı ittiham irəli sürülüb