Azərbaycan ordusu Xudəfərin körpüsündə Azərbaycan bayrağını qaldırıb (yenilənir)

Nazirlik yazıb ki, bu gün səhər saat 07.00-dan başlayaraq qarşı tərəf cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib, hücumun qarşısı alınıb.

Source: Specify Source


17.03.


Azərbaycan ordusu Xudəfərin körpüsündə Azərbaycan bayrağını qaldırıb.


Məlumatı Prezident İlham Əliyev oktyabrın 18-də “Twitter” səhifəsində paylaşıb.

***


Atəşkəsə yenə əməl olunmur

Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik yazıb ki, bu gün səhər saat 07.00-dan başlayaraq qarşı tərəf cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib, hücumun qarşısı alınıb.

Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq

verib

.

Bundan əvvəl oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Lakin razılaşmaya əməl edilmədi və oktyabrın 11-də Gəncə şəhəri atəşə tutuldu.

Ana səhifəSiyasətAzərbaycan ordusu Xudəfərin körpüsündə Azərbaycan bayrağını qaldırıb (yenilənir)