Samuel Paty

Source: AFR

Caption: Samuel Paty

Fransada müəllimin başının kəsilməsindən sonra dörd məktəbli həbs olunub

Article was updated on :  20 October 2020

Qatilin babası, valideynləri və 17 yaşlı qardaşı hücumdan az sonra saxlanılıb

Məhəmməd Peyğəmbərin ziddiyyətli rəsmlərini şagirdlərinə göstərən müəllim Samuel Patynin başının kəsilməsindən sonra Fransada 15 nəfər nəzarətə götürülüb.

BBC xəbər verir ki, onların arasında dörd məktəbli də var.

Həbs edlənlər arasında qatilin dörd ailə üzvü, atası və tanınmış İslamçı radikalın olduğu bildirilir.

Bazar ertəsi günü polis şübhələndiyi radikal şəxslərin evlərinə təxminən 40 basqın edib və daha çox basqının olması gözlənilir.

“Vəhşi qətl Fransanı şoka salıb”, - BBC qeyd edib.

Bazar günü söz azadlığını müdafiə etmək üçün ölkədə on minlərlə insan mitinqlərə qoşulub. Çərşənbə günü Parisdəki Sorbonne Universitetində 47 yaşlı müəllim Patyə ehtiram mərasimi təşkil ediləcək.

Məhkəmədən AFP xəbər agentliyinə verilən məlumata görə, nəzarətə alınmış dörd məktəbli Patynin qatilinə pul qarşılığında şəxsiyyətini təyin etməyə kömək etmiş ola bilər.

Qatilin babası, valideynləri və 17 yaşlı qardaşı hücumdan az sonra saxlanılıb.

Patyə qarşı onlayn kampaniya başlatdığı bildirilən şagirdin atası və Fransız mətbuatı tərəfindən radikal İslamçı olaraq xarakterizə edilən bir vaiz şənbə günü tutulub. Daxili İşlər naziri Gérald Darmanin iki nəfəri müəllimə qarşı “fətva” verməkdə günahlandırır.

Darmanin polisin qətli dəstəklədiklərini düşündüyü təxminən 80 nəfərlə görüşəcəyini bildirib.

Hökumət ayrıca 51 Fransız Müsəlman Dərnəyini araşdırdığını deyib. Nifrəti təbliğ edən bir dərnəyin aşkar edildiyi təqdirdə qurumun bağlanacağını bildirilir.

Fransada İslamofobiyaya Qarşı Kollektiv (CCIF) adlı təşkilat Darmanin tərəfindən “dövlətin düşməni” elan edilib.

Fransadakı müsəlmanlara qarşı nifrət cinayətlərini izləyən təşkilat qrupun “açıq-aşkar” cümə günü hücumda iştirak etdiyini iddia edən naziri böhtan atmaqda günahlandırıb.

Terrorla Mübarizə Prokuroru Jean-François Ricard deyib ki, Paty bənzər dərslərdə etdiyi kimi peyğəmbərin rəsmlərini göstərməzdən əvvəl müsəlman tələbələrə incinəcəklərsə otaqdan çıxmalarını tövsiyə edib.

İslam ənənəsi Məhəmməd Peyğəmbərin və Allahın rəsmi təsvirini açıq şəkildə qadağan edir.

Məsələ Fransada satirik jurnal “Charlie Hebdo” tərəfindən Məhəmməd Peyğəmbərin rəsmlərinin istifadəsinə görə xüsusilə həssasdır. 2015-ci ildə jurnalın ofisində 12 nəfərin islamçı ekstremistlər tərəfindən öldürülməsində sonra cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  20 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/hcxjsa

Most Viewed