Koronavirus

Source: Reuters

Caption: Koronavirus

Fransada bir şəxs maska taxılmasını tələb etdiyi üçün döyülüb

Zərərçəkənin uşaqlarının şoka düşdüyü bildirilir

Paris ətrafında yerləşən çamaşırxanadan istifadə edən bir adam müştəridən üz maskası taxmasını xahiş etdiyi üçün uşaqları qarşısında beysbol sopası ilə digər iki nəfər tərəfindən döyülüb, - “Guardian” xəbər verir.

Son zamanlarda koronavirus yoluxmasının artması ilə Fransanın bütün ictimai yerlərində maska taxmaq məcburidir.

Yalnız 44 yaşlı zərərçəkmiş Fransız televiziyasına deyib ki, bazar günü çamaşırxanadaykən bir nəfər əraziyə maskasız daxil olub. Augustin deyib ki, onun təkidlərinə baxmayaraq maskasız şəxs “istədiyimi edəcəyəm” cavabını verib, - “Guardian” qeyd edib. Maskasız şəxs çamaşırxananı tərk etdikdən sonra yenidən üç dostuyla qayıdıb. İki dostunun əlində beysbol sopası olub.

“Le Parisien” qəzetinin çərşənbə axşamı yayımladığı hücum videosunda iki nəfərin çamaşırxananın içərisində maskalı bir şəxsə hücum etdiyi görünür.

Yerli qurumlara şikayət edən zərərçəkmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun 5 və 7 yaşlı uşaqlarının şoka düşdüyü bildirilir.

Ötən ay Fransada avtobus sürücüsü üz maskası taxmaqdan imtina etdiyi üçün sərnişinlərin hücumuna məruz qalaraq ölüb. Qətl hadisəsində iki nəfər ittiham edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5g9rr5

Most Viewed