Fransa və İsveç laboratoriyaları da Navalnının “Noviçok”la zəhərləndiyini təsdiqləyib

Bazar ertəsi Almaniya hökuməti Fransa və İsveçdəki laboratoriyaların Berlin xəstəxanasında müalicə alan Kremlin tənqidçisi Navalnıdan götürülmüş nümunələri sınaqdan keçirdiyini və Sovet tipli sinir maddəsi “Noviçok”un qəfil xəstəliyə səbəb olduğunu bildirdiyini deyib.

Source: google.az


Almaniya: “Artıq bizi Navalnının zəhərlənməsinə dair xəbərlərə görə qınamayın”

Almaniyanın Xarici işlər naziri deyib ki, digər ölkələrin müstəqil laboratoriyalarının Almaniyanın Aleksey Navalnının rus hərbi sinir maddəsi ilə zəhərləndiyinə dair gəldiyi nəticəni təsdiqləməsi Moskvanın Almaniyanın tapıntılarına dair tənqidlərinə son verməli olduğunu göstərir, – “Reuters” xəbər verir.

Bazar ertəsi Almaniya hökuməti Fransa və İsveçdəki laboratoriyaların Berlin xəstəxanasında müalicə alan Kremlin tənqidçisi Navalnıdan götürülmüş nümunələri sınaqdan keçirdiyini və Sovet tipli sinir maddəsi “Noviçok”un qəfil xəstəliyə səbəb olduğunu bildirdiyini deyib.

Xarici işlər naziri Hayko (Heiko) Maas Berlində keçirdiyi mətbuat konfransında “biz artıq pis xəbər daşıyanların – yəni bizim – tənqid olunacağını gözləmirik” deyib.

Bəyanatın ardından Rusiya Xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı planlaşdırılan danışıqlar üçün Berlinə ediləcək səfərini təxirı salıb.

Moskva Navalnının zəhərlənməsinə dair dəlil görmədiyini deyir.

Ana səhifəDünyaFransa və İsveç laboratoriyaları da Navalnının “Noviçok”la zəhərləndiyini təsdiqləyib