Rodrigo Duterte

Source: Foto: https://www.dw.com/en

Caption: Rodrigo Duterte

Filippin Prezidenti kronavirusa görə problem çıxaran insanları öldürməyi əmr edib

“Narahatlıq gətirməyin əvəzində sizi qəbirə göndərəcəm”

Filippin Prezidenti Rodrigo Duterte təhlükəsizlik qüvvələrinə koronavirus pandemiyası səbəbiylə təcridə görə “problem” yaradan insanları vurmaq lazım olduğunu deyib, - “Telegraph” xəbər verir.

Ölkənin təqribən 110 milyon əhalisinin yarısı karantin altındadır. Milyonlarla insan dərin yoxsulluq içindədir və sərt məhdudiyyətlər onların əksəriyyətini işsiz qoyub.

Dutertenin çərşənbə axşamı əmr verməsindən bir neçə saat əvvəl paytaxt Maniladakı bir gecəqondu icmasından təxminən iki yüz adam həbs edilmişdi. Yoxsullar hökuməti qida yardımı etməməkdə günahlandıraraq etiraz aksiyası keçirmişdilər.

“Əmrim polisə və hərbçilərədir. Eyni zamanda kənd rəsmilərinə deyirəm ki, əgər problem yaranarsa və ya insanlar mübarizəyə başlasalar, sizin həyatınız təhlükədə olsa, onları öldürün”,- Duterte deyib.

“Narahatlıq gətirməyin əvəzində sizi qəbirə göndərəcəm”,- o əlavə edib.

Filippində bu günə qədər 2,311 koronavirus hadisəsi qeydə alınıb. 96 nəfərin öldüyü bildirilir. Ölkə hələ yenicə testlərə başlayıb. Bu səbəbdən təsdiqlənmiş infeksiyaların sayının artacağı bildirilir.

2016 seçki qələbəsi ilə hakimiyyətə gələn Duterte filippinlilər tərəfindən hədsiz dərəcədə istifadə edilən narkotik üzərində basqısı ilə tanınır.

Tənqidçilər isə deyir ki, Dutertenin narkotik müharibəsi yoxsulları hədəf alır və zənginləri cəzasız buraxır.

Prezidentin son açıqlamaları insan haqları qruplarının tənqidinə tuş gəlib. Onlar hökuməti təhdidlər yerinə insanları yardımla təmin etməyə çağırıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/omfaj0

Most Viewed