Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırıldı

Vəkil Aqil Layıcova töhmət verildi

Fəxrəddin Mehdiyev. Foto: arxiv
Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev


Vəkil Aqil Layıcova töhmət verildi

Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti dayandırılıb. Yanvarın 22-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında belə qərar çıxarılıb.

Vəkilin cəzalandırılmasına səbəb hüquqlarını müdafiə etdiyi, “Beynəlxalq Bank”ın keçmiş prezidenti Cahangir Hacıyevin mətbuatda müsahibəsinin dərci olub. F.Mehdiyev müvəkkilinin açıqlamasını mətbuata ötürməkdə günahlandırılıb. Onun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

C.Hacıyevin digər vəkili Aqil Layıcova isə töhmət verilib.

Vəkillər barələrində cəza qərarı verilən toplantıda iştirak etmədiklərini deyirlər.

F.Mehdiyev qərarı qanunsuz və əsassız hesab etdiyini bildirib.

Müsahibənin dərcinə görə F.Mehdiyev və A.Layıcovdan Vəkillər Kollegiyasına Baş prokurorun müavini Rüstəm Usubov şikayət edib. O, vəkilləri istintaq sirrini yaymaqda ittiham edib.

F.Mehdiyev deyir ki, C.Hacıyevin açıqlamasında istintaq sirrindən söhbət gedə bilməz, o fikirlər açıq məhkəmədə səsləndirilib:

“Cahangir Hacıyev sadəcə, öz ünvanına səslənən ittihamlara, təhqirlərə cavab verib. Bu da onun haqqıdır”.

F.Mehdiyevin sözlərinə görə, A.Layıcovun, ümumiyyətlə, məsələyə aidiyyəti yoxdur, müsahibənin mətbuata çıxmasından onun xəbəri olmayıb:

“Mən də heç bir qanunsuzluğa yol verməmişəm”.

Siyasi məhbusların hüquqlarını müdafiə edən bir çox vəkillərin fəaliyyəti əngəllənir. Noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

F.Mehdiyev AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırzadə, Əli Kərimlinin qaynı Elnur Seyidov və digər siyasi məhbusların hüquqlarını müdafiə edirdi.

Ana səhifəXəbərlərFəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırıldı