"Təkcə pambıqçılıq deyil, bütün sahələrdə zərər var”,- fermer deyib

Source: Meydan TV

Caption: "Təkcə pambıqçılıq deyil, bütün sahələrdə zərər var”,- fermer deyib

Fermer: Əkin sahəsinə gedə bilmirik, mərmi heyvanlarımızı öldürüb

“Təkcə pambıqçılıq deyil, bütün sahələrdə zərər var”

Ermənistan silahlı qüvvələri bir neçə gündür Ağcəbədi rayonunun yaşayış məntəqələri ilə yanaşı təsərrüfat sahələrini də davamlı atəşə tutur. Ağcabədili fermerlər deyirlər ki, son 15 gündür əkin sahələrinə gedə bilmirlər. Bir neçə fermerin isə mal-qarası tələf olub.

Fermer Anar Məmmədov deyib ki, 30 hektar sahədə pambıq əkiblər. Hər hektara təxminən 1200-1300 manat xərc çəkib. Bu il pambıqdan yaxşı qazanc götürəcəyini ümid edib, amma mərmilər birbaşa əkin sahəsinə düşdüyündən ziyan çəkib.

“Mən də digər fermerlər kimi xarici sortlara üstünlük verirəm, çünki xarici sortların məhsuldarlığı yüksək olur. Bu il hava şəraiti də pambıq üçün əlverişli olub. Di gəl ki, əkin sahələri də davamlı atəş altındadır. Fermerlərin əksəriyyəti kredit götürərək əkin-biçinlə məşğul olur. Təkcə pambıqçılıq deyil, bütün sahələrdə zərər var”,- fermer deyib. Əlavə edib ki, üstəlik anasıgilin yaşadığı ev dağılıb və hazırda valideynləri və bacılarının dolanışığı da onun üstündədir. “Çoxunun evi dağılıb, indi zərərin məbləğindən danışmaq tezdir. Ümid edirik ki, tezliklə müharibə başa çatacaq. Bundan sonra zərər də hesablanacaq”.

Digər fermer isə deyib ki, onlara mərmilərin düşdüyü sahələrə getməməyi tapşırıblar. Sahələr əvvəlcə mütəxəssislər tərəfindən təmizlənməlidir: “Tapşırıblar ki, Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat verək”.

Ağcabədi rayon mərkəzi və rayonun Qaradolaq, Ağgöl, Avşar, Hacılar, Boyat kəndlərinə mərmilər düşüb.

Fermerlərdən biri isə bildirib ki, onun 12 baş mal-qarası tələf olub:

“Mərmi düz həyətimə düşdü. Heyvanlar tələf oldular. Doğrudur, ölən olmadığına görə sevindik, amma mal-qara mənim yeganə qazanc yerimdir”.

Fermerlər əlavə ediblər ki, hələlik onlara dəymiş zərəri hesablamayıblar, amma yerli kənd təsərrüfatı idarəsinə məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında isə deyilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən əkin sahələrinin atəşə tutulması nəticəsində 100 mindən çox fermer zərər çəkib. Çox sayda heyvan tələf olub, fermerlərin yem ehtiyatı yandırılıb. 10 minlərlə hektar sahədə biçin məhdudlaşdırılıb, suvarma sistemləri dağıdılıb. Nazirlik zərərçəkmiş fermerlərin siyahısını hazırlayır.

Lakin nazirliyin açıqlamasında müharibədən zərərçəkmiş fermerlərə dəymiş ziyanın ödənilib-ödənilməyəcəyi ilə bağlı məsələ əksini tapmayıb. Mərmilən düşdüyü əkin sahələri çirklənmiş hesab edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/eqeyh1

Most Viewed