Murad Soltanovun evi

Source: meydan tv

Caption: Murad Soltanovun evi

''Fəhlələrin pulu verilmir deyə, zəlzələdən sonra sökülmüş evlər tikilmir''

Ağsu sakini: ''Bizə kələk gəldilər, kirayə haqqını ödəmədilər''

“Zəlzələdən sonra ölkə başçısı pul ayırdı, tapşırıq verdi ki, fəsadlar yaranan evlər sökülüb, təzədən tikilsin, bərpa olunsun. Amma yerli qurumlar tapşırığa əməl etmir. Heç bir iş görmürlər, evlərin təmir işləri ilk iki ay yaxşı getdi. Lakin indi fəhlələr ləng işləyir. Səbəbini soruşanda da, məlum olur ki, onlara iki aydır əməkhaqqı verilmir, pullarını kəsirlər”.

Bu sözləri qəzalı evi sökülərək, yenidən inşa edilən Ağsu rayon sakini Murad Soltanov deyir. Hazırda üç azyaşlı övladı, həyat yoldaşı və xəstə anası ilə kirayədə yaşayan M.Soltanov Ağsu Rayon İcra Hakimiyyətinə şikayətə gedib:

“Ayda yüz manat kirayəyə pul veririk. Mən həftədə 2-3 dəfə düşərsə, fəhlə işləyirəm. Anam birinci qrup əlildir, yataq xəstəsidir. Onun aldığı təqaüdün yüz manatını kirayəyə veririk, bəs biz necə dolanaq? Evin tikintisinə başlayanda icra hakimiyyətindən bildirilmişdi ki, evləri tikilən və təmir olunan hər bir ailəyə kirayə haqqı ödəniləcək. Lakin camaata kələk gəldilər. İcrada dedilər ki, fəhləsən, 5-10 manat yığ üst-üstə, kirayə pulunu ver. Ayda yüz manat nə puldur ki, verə bilmirsən? Hökumət sizə o boyda ev tikir. Halbuki, əvvəl bizə deyilmişdi ki, evləri qəzalı olan ailələrin kirayə pullarını da icra hakimiyyəti ödəyəcək. Əvvəldən söz vermişdilər, amma sonradan imtina etdilər”.

Murad Soltanovun evi

Murad Soltanovun evi

Source: meydan.tv

“Bizə pul vermirlər, artıq iki aydır. “Bu gün olacaq, sabah olacaq”, - deyib, yalandan vəd verirlər, amma nəticə yoxdur. Biz də fəhlə adamlarıq, ailəmizi dolandırmaq istəyirik”.

Bunu Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən fəhlə deyir:

“Biz evin kvadratına görə işləyib, pul alırıq. Lakin artıq ikinci aydır, pulumuzu vermirlər, aldadırlar. Günlərdir, dava-qırğındayıq. Əvvəllər yaxşı pul verirdilər. Amma indi gördüyümüz işin pulunu ala bilmirik. Buradakı ustabaşıların əməllərindən yuxarıdakıların xəbəri yoxdur. Bakıdan Fövqəladə Hallar Nazirliyindən gələn olanda da, bizə tapşırırlar ki, onlara heçə nə deməyin. Fövqəladənin adamları gəlib, bizdən iş tələb edirlər. Deyirlər ki, bu işə görə sizə pul veririk, niyə belə edirsiniz? Daha xəbərləri yoxdur ki, ustabaşıları alıb pulları yeyiblər. Bizə də sözümüzü deməyə imkan vermirlər. Yüzə yaxın ev tikilir, hamısı dayandırılıb. Hansı problemi deyəsən, saymaqla bitmir. Burada elə adamların evlərini sökdülər, baxırsan ki, hətta divarında çatı belə yox idi. Yəqin onların icra hakimiyyətində adamı var. Elə evlər var ki, yaşamaq təhlükəlidir, lakin əhəmiyyət vermirlər. Prezidentin ayırdığı milyonlarla manat pul hara gedir bəs?”

Ağsu Rayon İcra Hakimiyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cahangir Məhərrəmov Meydan TV əməkdaşına bildirib ki, İH hazırda evləri təmir olunan vətəndaşara kirayə haqqının ödənilməsi haqqında heç bir vəd verməyib.

Murad Soltanov

Murad Soltanov

Source: meydan.tv

Fəhlələrin əməkhaqqlarının gecikdirilməsi məsələsi ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti, memarlıq və tikinti şöbəsinin Mirəli Qurbanov zənglərimizə cavab verməyib. Şöbənin aparıcı məsləhətçisi Rəvan Feyzullayev isə Meydan TV əməkdaşına “Mən heç nə söyləyə bilmərəm, Mirəli müəllimlə danışın”, - deməklə kifayətlənib.

Fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/879h2k

Most Viewed