“Eurovision” müsabiqəsinin keçiriləcəyi şəhər bəlli oldu

Müsabiqənin yarımfinalı mayın 10-da, finalı isə 14-də baş tutacaq

Foto: Meydan.tv


Müsabiqənin yarımfinalı mayın 10-da, finalı isə 14-də baş tutacaq

2022-ci ildə 66-cı “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi Turin şəhərində keçiriləcək.

Bu barədə məlumat yarışmanın rəsmi səhifəsində yer

alıb.

Müsabiqənin yarımfinalı mayın 10 və 12-də, finalı isə 14-də “Palaolimpico” arenada təşkil olunacaq.

İtaliyanın “Maneskin” rok qrupu 2021-ci ildə Niderlandda keçirilən müsabiqənin qalibi olub.

Qrup tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, 524 bal toplayıb.

Onlar səhnədə “Zitti E Buoni” mahnısını ifa ediblər.

Ana səhifəMədəniyyət“Eurovision” müsabiqəsinin keçiriləcəyi şəhər bəlli oldu