Source: Google

Ermənistanın sərhəd kəndlərinin sakinləri hər uşaq üçün 1000 dollar alacaq

Yeni layihənin məqsədi Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrində əhalinin sayını artırmaqdır

Millət vəkili Arman Babacanyan deyib ki, Azərbaycanla sərhəddə yerləşən kəndlərində yaşayan sakinlərə 1000 ABŞ dolları məbləğində birdəfəlik ödəniş ediləcək, - erməni mediası xəbər verir.

"Bu gün uzun danışıqlardan sonra yerli iş adamları, diaspora sahibkarları ilə Azərbaycanla sərhəddə yerləşən bütün erməni yaşayış məntəqələrində doğuşu artırmaq üçün geniş proqram hazırlamaq barədə razılığa gəldik",- Babacanyan “Facebook” səhifəsində yazıb.

Proqram əsasən üç yaşından kiçik hər bir uşağa aylıq 100 ABŞ dolları ödənəcək. Bundan başqa, son üç ildə sərhəd kəndində yaşayan valideynlərdən dünyaya gələn hər bir uşağa görə 1000 ABŞ dollarına bərabər birdəfəlik ödəmə ediləcək.

Layihəyə Tavuş, Geqarkunik və Vayots Dzor bölgələrindəki yaşayış məntəqələri daxildir.

“Sabahdan etibarən statistikaya, vəziyyətə və tendensiyaya baxacağıq. Layihə 2020-ci ilin yazında başlayacaq. İnanırıq ki, belə böyük bir proqramın tətbiqi sərhəd yaşayış məntəqələrinin demoqrafik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verəcək”,- Babacanyan vurğulayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vn7vs6

Most Viewed