Prezidentlərin görüşü

Source: Azərtac

Caption: Prezidentlərin görüşü

Ermənistana silah satışının araşdırılması üçün Serbiya Azərbaycana nümayəndə heyəti göndərəcək

Serbiya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiçlə İlham Əliyev arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Serbiyanın Ermənistana silah satması məsələsi müzakirə edilib.

Aleksandr Yuçiç Tovuz istiqamətində iyul ayında baş verən döyüşlərdə Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Daha sonra Serbiya prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

İlham Əliyev faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün Serbiyadan yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı məmnunluqla qarşılayıb.

İyulun 19-da “haqqin.az” informasiya portalı “hərbi mənbələr”ə əsaslanaraq xəbər yaymışdı ki, Azərbaycanla Ermənistan arasında baş vermiş silahlı qarşıdurmadan bir neçə gün əvvəl Tovuz-Tavuş rayonu sərhədində Serbiyadan Yerevana müxtəlif kalibrli minaatan döyüş sursatının iri partiyası çatdırıb. Silahların Gürcüstandan tranzitlə daşındığı bildirilib.

İyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və bu məsələ onun qarşısında qaldırılıb.

Serb tərəfi silah satışını etiraf edib. Ölkənin ticarət və telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, hazırda Ermənistana qarşı Avropa İttifaqı, BMT, ABŞ və Rusiya sanksiyaları mövcud deyil və rəsmi sanksiyaların olmadığı təqdirdə, hər hansı dövlətin, bu halda Ermənistanın istəyini rədd etmək çox çətindir. Bundan başqa nazir deyib ki, silah satışını dövlət şirkəti yox, özəl şirkət həyat keçirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/op1lfy

Most Viewed