Source: Azərtac

Ermənistan vətəndaşlarından ibarət sonuncu 13 nəfərlik qrupa da hökm oxundu

Hökmə əsasən, onlar cəzalarını çəkəndən sonra deportasiya ediləcəklər

Azərbaycanla Ermənistan arasındakı müharibə başa çatandan bir ay sonra – dekabrın 13-də Xocavənd rayonu, Hadrut qəsəbəsindəki meşəlik ərazidə saxlanıldığı deyilən ermənilərin hamısının Bakıda mühakiməsi başa çatıb. Həmin vaxt saxlanılan və Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, qanunsuz silahlı birləşmələrin tərkibində iştirak, qanunsuz silah-sursat saxlama kimi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarından sonuncu 13 nəfərlik qrupa da iyulun 29-da hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, onların hər biri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə onlara qarşı irəli sürülmüş ittihamlardan ikisinə - Cinayət Məcəlləsinin 214.2.1 (mütəşəkkil dəstə tərəfindən terrorçuluq) və 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində basqın etmə) maddələrinə xitam verib. Təqsirləndirilən şəxslərə CM-in 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama) maddələri ilə cəza verilib.

Hökmə əsasən, Ermənistan vətəndaşları cəzalarını çəkəndən sonra Azərbaycan ərazisindən deportasiya olunmalıdır.

Prokuror da CM-in 214 və 279-cu maddələrilə verilmiş ittihamların xaric edilməsini, təqsirləndirilən şəxslərin hər birinə digər iki maddə ilə 7 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Vəkillər isə hüquqlarını müdafiə etdikləri şəxslər haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Ermənistan vətəndaşları son sözlərində ədalətli qərar çıxarılmasını istəyiblər.

Cinayət işinin materiallarında iddia olunur ki, müharibə başa çatandan sonra təqsirləndirilən şəxslər silahlanaraq, gizli şəkildə meşələrdə yerləşib, orada Azərbaycana qarşı terror-təxribatlar törətməklə məşğul olublar. Onlar dekabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Təqsirləndirilən şəxslər isə ifadələrində bildiriblər ki, onlar Hadrut meşələrinə özbaşına gəlməyiblər. Onları noyabrın 26-27-də Gümrüdə hərbi komissarlıqdan göndəriblər. Yolda rus sülhməramlılar da onları görüblər. Hətta ruslar onları müşayiət edən polkovniklə söhbətləşiblər. Onları yoxlamadan buraxıblar: “Bizi göndərəndə demişdilər ki, orada növbə çəkəcəyik. Dekabrın 13-də əmr gəldi ki, növbə dəyişir. Biz də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri bizi saxladı”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/d7zyhi

Most Viewed