Ərdoğanı təhqir etdiyi üçün siyasətçinin həbs müddəti uzadılıb

“Onun açıqlamaları ifadə azadlığı sərhədləri içində siyasi rəqibin tənqididir”,- deyə vəkil bildirib.

Source: Specify Source


Vəkil: “Təqsirləndirilən şəxs prezidentin qadınların və kürdlərin düşməni olduğunu deyib”

Türkiyədə terrorizm ittihamı ilə həbsdə olan keçmiş kürd millət vəkilinə Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə əlavə həbs cəzası verilib, – “Reuters” xəbər verir.

Keçən həftə Sebahat Tuncelin həbs cəzası artırılıb. O, 2016-cı ildə etdiyi bir çıxışında Ərdoğanı kürdlərin və qadınların düşməni adlandırdığına görə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

Tuncel Türkiyə parlamentinə Kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) seçilmişdi. Tuncelin vəkili deyib ki, keçmiş parlamentarinin sözləri kontekstdən çıxarılıb.

“Təqsirləndirilən şəxs prezidentin qadınların və kürdlərin düşməni olduğunu deyib”, – vəkil Sivan Cəmil Özen deyib.

“Onun açıqlamaları ifadə azadlığı sərhədləri içində siyasi rəqibin tənqididir”,- deyə vəkil bildirib.

İyul məhkəməsində Tuncel ittihamı rədd edərək siyasi rəqibini tənqid edə biləcəyini vurğulayıb. Keçmiş deputat əlavə edib ki, ona qarşı ittihamlar azadlıq və düşüncə, ifadə və təşkilatlanma, xüsusən siyasət azadlığını əngəlləmək cəhdidir.

Keçən il Tuncel Türkiyədə qadağan edilən, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq tanınan Kürdüstan İşçi Partiyasına (PKK) mənsub olduğu üçün 15 il həbs cəzasına məhkum edilib. O, ittihamları rədd edib.

Türkiyə qanunvericiliyinə əsasən, prezidentin təhqir olunması ittihamları ilə ən çox 4 il həbs cəzası nəzərdə tutulur. Ədliyyə Nazirliyindən alınan məlumatlara görə, bu cür işlər 2019-cu ildə 30 faiz artıb, 26115 nəfər araşdırmaya cəlb edilib, təxminən 5000 məhkəmə iclası keçirilib və 2462 nəfər həbs edilib.

Ana səhifəDünyaƏrdoğanı təhqir etdiyi üçün siyasətçinin həbs müddəti uzadılıb