Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

Ərdoğan Putinə “gedək” dedi?

Türkiyə prezidentinin ard-arda verdiyi mesajlar

Putin, Əliyev və Paşinyanın Moskva görüşü yeni bir çox sual yaratdı. Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyətinin mürəkkəbliyini, daha doğru ifadə etsək, gərginliyini açıq büruzə verirdi. Onun istər Putinlə görüşü zamanı, istərsə də birgə brifinq zamanı davranışları siyasi zorakılığa məruz qalmış təəssüratı yaradırdı. Putinin yaratdığı aura da birmənalı şəkildə Paşinyanın əleyhinə görünürdü. Bütün hallarda aydın görünürdü ki, işğal olunmuş torpaqların mühüm hissəsini Azərbaycanın, qalanını isə Rusiyanın nəzarətə götürməsi faktını Paşinyana qəbul etdirmək prosesi gedir. Paşinyan indiki görüşlərdə faktiki vəziyyətin dəyişməsində rol oynayacaq bir tərəfin təmsilçisi kimi deyil, keçmiş formatın formal elementi kimi təmsil olunur. Simvolik olsa belə noyabr razılaşmasının gününə dair brifinqdə İlham Əliyev və Vladimir Putinin fərqli rəqəmlər səsləndirməsindən sonra Paşinyan “doqquzu, ya da onu noyabr” ifadəsini işlədir. O, bunu qəsdən etməsə də, psixoloji olaraq onun üçün heç bir fərqin olmadığını ortaya qoyur. Belə bir məqamda müharibə zamanı və ondan sonrakı prosesin mühüm bir elementinin ortada görünmədiyi diqqəti cəlb edir. Aydın olur ki, Türkiyə danışıqlarda nəzərə alınmayıb. Söhbət təkcə hərbi prosesin siyasi sonuclarından getmir. Həm də yeni infrastruktur quruculuğu və kommunikasiya işinin təşkilindəki iştirakçılıqdan gedir. Azərbaycan tərəfi belə bir formatın və prosesin suallar yaradacağını düşünməmiş deyil. Moskvaya sona qədər inananların aqibətinin də unudulduğunu iddia etmək düz olmaz. Belə olan halda nə baş verdiyi həqiqətən də maraqlıdır.

Türkiyənin birinci gedişi

Türkiyə Qarabağ savaşında qardaş və strateji müttəfiq kimi Azərbaycanı dəstəklədi. Amma vaxtilə İlham Əliyev köməkçisi olmuş Əli Həsənovun ikrahla dediyi “unutmaq olmaz ki, Türkiyə bir NATO ölkəsidir” ifadəsini indi biz müsbət tonlarla təkrarlaya bilərik. Bu zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanin öz ölkəsindəki Avropa ölkələri səfirləri ilə görüşü zamanı 44 günlük müharibəyə dair işlətdiyi bir fikri xatırlatmaq yerinə düşür: “Obyektiv və strateji bir təhlil aparsaq görərik ki, bizim bu istiqamətdəki bütün maraqlarlmız üst-üstə düşür”. Bu o deməkdir ki, Ərdoğan bu regionda həm də Qərb cəbhəsinin bir təmsilçisi kimi iştirakını bəyanlamış oldu. O, bunu elə bir ifadə ilə dedi ki, niyyətinin aydınlığı şübhə yaratmasa da, Qafqazdakı siyasi iştirakının öncədən düşünülmüş bir plan olduğunu demək də çətinləşdi. Amma bunun bir fakt olduğunu da dedi.

Türkiyənin ikinci addımı

Ərdoğan 11 yanvar Moskva görüşündən sonra Putinlə telefon zamanı ona çox usta dillə, amma açıq bir təklif verib: “ Dağlıq Qarabağda sülhməramlılara və müşahidəçilərə ehtiyac olmayan bir birgəyaşayış təmin etmək istəyirik ki, hər kəs Türkiyə-Rusiya iş birliyinin nəticəsini görsün”. Türkiyə Prezidenti bu fikri faktiki olaraq onu meydana və masaya buraxmaq istəməyən Putinə deyir. Bunun mənası isə 44 gündən sonra Azərbaycana soxulan tərəfə “oranı mütləq tərk edəcəksiniz”dir. Ərdoğan həm də əlavə “iştirakçılığın” sülhə və birgəyaşayışa maneə olduğunu deyib. İndiki vəziyyətdə, bu, təkcə Ərdoğanın deyil, bütün Qərb blokunun fikridir. Niyə? Çünki biz açıq görürük ki, müharibədən sonra onlar da Türkiyəni öz təmsilçiləri və Rusiyanın qarşısında maneə kimi təqdim edirlər.

Beləliklə, aydın olur ki, Moskva görüşləri təkcə ayrı-ayrı bəndlər üzrə tərəf ölkələrdə deyil, daha qlobal spektrdə narahatlıq yaradıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/mijnk1

Most Viewed