Rəcəb Tayyib Ərdoğan

Source: Foto: arxiv

Caption: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan kürd silahlılarının Suriyanın şimalından çıxmadığını deyib

Prezident çıxış edərkən zirehli texnikalarla türk və rus əsgərləri Suriyanın şimalında ikinci sərhəd patrulunu həyata keçirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı deyib ki, Kürd YPG silahlıları Suriyanın bəzi sərhəd bölgələrindən geri çəkilməyib və ABŞ-la aralarında olan razılaşmaya baxmayaraq, Vaşinqtonun yenə də qrupla birlikdə patrul işləri aparır, - “Reuters” xəbər verir.

Ərdoğan çıxış edərkən zirehli texnikalarla türk və rus əsgərləri Suriyanın şimalında ikinci sərhəd patrulunu həyata keçirib. Məqsəd Kobani şəhəri yaxınlığında mövcud olan YPG silahlılarını Türkiyə sərhədindən 30 km uzaqlığa aparmaqdır.

Təxminən bir ay əvvəl Türkiyə Suriyanın sərhəd boyunca 120 km əraziyə nəzarəti ələ keçirmək məqsədiylə kürd YPG döyüşçülərinə qarşı hücuma başladı.

Bundan sonra Türkiyə ABŞ və Rusiya ilə YPG-nin bölgədə yaratmağı planlaşdırdığı “təhlükəsiz zonadan” çıxması üçün və Ankaranın qrupa qarşı hücumunu dayandırması üçün iki ayrı razılaşma əldə etdi.

Vaşinqton və Moskva döyüşçülərin sərhəd bölgəsini tərk etdiyini söyləsə də, Ərdoğan bunun belə olmadığını deyir.

“Bu ərazilər terrorçulardan təmizlənməyib. Terrorçular nə Tel Rifaat, nə də Manbijdən çıxıb”,- Ərdoğan bildirib.

Onlar həmçinin Ras al Ain şəhərinin şərqində qalmaqdadırlar, Ərdoğan parlamentdə çıxışı zamanı qeyd edib. O deyib ki, Türkiyə sazişlərə o zaman əməl edəcək ki, Vaşinqton və Moskva razılaşmaya sadiq qalacaq.

Ankara YPG-ni 1984-cü ildən bəri Türkiyənin cənub-şərqində üsyan qaldıran silahlı PKK ilə əlaqələrinə görə terrorçu qrup hesab edir. ABŞ-ın İslam Dövlətinə qarşı mübarizədə əsas müttəfiqi olan YPG-yə verdiyi dəstək Türkiyəni hər zaman qəzəbləndirib.

Çərşənbə axşamı günü “Metropoll” tərəfindən edilən araşdırma türklərin ötən ay başlamış Suriya əməliyyatından sonra Ərdoğana dəstəyin artdığını göstərib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/47uanp

Most Viewed