None

Source: 

Əliyeva bacıları Londonda 60 milyon funt sterlinqə ev satın almağa çalışıblar

Prezidentin qızları iki dəbdəbəli ev alıb və bir evə çevirmək üçün əlavə 3 milyon funt sterlinq xərcləyiblər

Məhkəmədəki dinləmələrdə Azərbaycan prezidentinin qızlarının gizli ofşor şirkətindən istifadə edərək, Londonda 60 milyon ABŞ dolları dəyərində əmlak almağa razılaşdığı və bunun “ciddi pulyuma riski” daşıya biləcəyi məlum olub. “The Guardian” belə yazır .

Leyla və Arzu Əliyeva Knightsbridge ərazisində 59,5 milyon funt sterlinq dəyərində iki dəbdəbəli ev alıb və bir evə çevirmək üçün əlavə 3 milyon funt sterlinq xərcləyiblər. Müqavilə 2015-ci ildə imzalanıb və prezident İlham Əliyevin ailəsi tərəfindən İngiltərədə satın alınan milyonlarla funt sterlinqə bərabər mülkiyyət portfoliosuna əlavə olunması planlaşdırılırdı.
Leyla Əliyeva azərbaycanlı iş adamı və pop ulduzu Emin Ağalarovdan boşandığı ərəfədə bu sövdələşməyə başlayıb. Ağalarovun Moskvada yaşayan atası Araz Ağalarov 2013-cü ildə “Miss Kainat” gözəllik yarışması üçün Rusiyaya səfər edən Donald Trampla görüşüb.

Bu detallar əməliyyatları gerçəkləşdirilən vəkil Xalid Şəriflə (Khalid Sharif) bağlı keçirilən intizam məhkəməsində ortaya çıxıb. Londonun "Child & Child" şirkəti ilə aparıcı tərəfdaşlıq edən Şərif pul yuyulması ilə bağlı yoxlama aparmadığını və peşə kodeksini pozduğunu etiraf edib.

Məhkəmə onu 45.000 və 40.000 funt sterlinq cərimələyib. O, 2016-cı ilin aprel ayında Panama sənədlərinin “The Guardian” və digər meda orqanları tərəfindən yayımlanmasından bəri cəzalandırılan ilk britaniyalı peşəkardır. Panama sənədləri Panamanın hüquq şirkəti “Mossack Fonseca” tərəfindən sızdırılmış 11,5 milyon sənəddən ibarətdir.

Prezidentin yaxın dostu Cavad Marandi (Javad Marandi) Əliyeva bacılarını " Child & Child” şirkətinə təqdim edib. Daha sonra Şərif Britaniyanın Vircin adalarında “Mossack Fonseca” şirkətindən öz adlarına satın aldıqları “Exaltation Ltd” şirkətini yaradıb. Bu şirkətin məqsədi "Böyük Britaniyada əmlak saxlamaq" idi.

Öz ölkələrində və ölkə xaricində yüksək profilə sahib olan qadınlar siyasi ifşa olunmuş şəxslər (Peps) kimi təsnifləndirilməli idilər. Bu status geniş bank yoxlamaları tələb edir.
Məhkəmədəki dinləmələrdən məlum olub ki, Şərif bu cür addımları "nəzərə almayıb" və lazımi gücləndirilmiş yoxlamalar həyata keçirməyib. O, müştərilərinin PEP statusu barədə qrafaya “xeyr” cavabını qeyd edib.

Satın alınacaq lüks mənzillər Bukinqam Sarayının bağına baxan “Child & Child’s” şirkətinin London ofisinə yaxın yerləşir. Müqavilə mübadiləsi aparıldıqdan sonra Əliyeva bacıları məbləği10 milyon funt sterlinqdən çox pul köçürərək, hissə-hissə ödəməyə başlayıblar. 2016-cı ildə mülklərin sahibinin onlar olduğu üzə çıxdıqdan sonra müqavilə “yarımçıq” dayandırlıb.
Bu vəziyyət xaricdən olan zəngin, siyasi əlaqələri olan şəxslərin Londonda əmlak almaq üçün anonim şirkətlərdən istifadə edə biləcəyini göstərir və bu əməliyyatların Britaniyanın yüksək dərəcəli hüquq şirkətləri və vəkilləri üçün təhlükə ola biləcəyini vurğulayır.

Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik edir. Bu müddət ərzində onun qızları geniş şəxsi biznes imperiyaları qurub. Əliyevlərin Şimali Londonda Hampstead Heath ərazisində 17 milyonluq malikanəsi və Hayd Parka baxan lüks mənzili var. Bundan əlavə, Moskva, Dubay və Çexiyada müxtəlif mülklərə malikdirlər.

Şərif həmçinin ikinci bir əməliyyatı həyata keçirib. Belə ki, Marandinin Londonda yerləşən 3.5 milyon funt sterlinq dəyərindəki mənzili dostu Mircəlal Paşayevə hədiyyə etməsində iştirak edib. Paşayev Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğludur. Harrodsın cənubunda, 31 Hans Place ünvanında yerləşən üç yataq otağı olan mənzil bir qeyri-şəffaf korporativ qurumdan digərinə köçürülüb.

Məhkəməyə məlumat verilib ki, Paşayev daha əvvəl Marandiyə Azərbaycanın paytaxtı Bakıda bir mənzil bağışlayıb. Bu, "doğum günü hədiyyəsi" olub. Vəkillərin tənzimləmə orqanının adından çıxış edən vəkil Andrey Tabaçnik (Andrew Tabachnik) qeyd edib ki, “oxşar hədiyyə ilə qarşılıq vermək mədəni əlaqələr baxımından uyğun gəlir”.

Onun sözlərinə görə, bu cür əməliyyatlar "çirkli pulyumadan şübhələnməyə əsaslar verir". Daha sonra o əlavə edib ki, bu barədə daha çox sorğu keçirilməlidir.

Şərifi müdafiə edən Nikolas Bakon (Nicholas Bacon) isə onun səhvlərini etiraf etdiyini söyləyib. Bakon əlavə edib ki, müvəkkili "iki müştərisini PEP olaraq təyin etməli idi". O, daha sonra qeyd edib ki, Şərif müntəzəm olaraq yüksək dəyərli alış-verişdə iştirak edib və məhkəmə tərəfindən adı "Y" olaraq hallandırılan Marandi ilə uzun müddətdir əlaqəsi olub.
“The Guardian” yazır ki, Əliyeva bacıları şərhlə bağlı istəklərinə cavab verməyib. Leyla Əliyeva Rusiyada deyil, İngiltərədə yaşamağa üstünlük verir. O rəssam və kübar cəmiyyətin üzvüdür. Eyni zamanda Əliyeva şahzadə Andrey, Lord Mandelson və Elizabet Murdokla dostluq edir.

Sızdırılan ABŞ diplomatik sənədlərində Prezident İlham Əliyevi Azərbaycanın ən zəngin şəxsi olaraq təqdim edir. Onlar hətta prezident seçildikdən sonra Əliyevin 2003-cü ildən öncəki hissələrini xanımının adına keçirdiyini vurğulayırlar. ABŞ qeyd edir ki, yaxşı bağları olan ailələrin ölkədəki bütün iqtisadi sahələri idarə etməsinin nəticəsi olaraq olkədə açıq-aşkar "feodalizm sistemdir”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1ayw5b

Most Viewed