Source: Meydan.TV

Elina Hacıyevanın valideynləri istintaqın gedişindən narazıdırlar

Elina Hacıyevanın valideynləri istintaqın gedişindən narazıdırlar

İntihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın valideynləri istintaqın gedişindən narazıdırlar. Bir həftə əvvəl ölümün səbəbi ilə bağlı məhkəmə-tibbi ekspertizasının nəticəsi ailəyə təqdim olunub. Onlar ekspertizanın rəyindən qismən narazıdırlar.

Faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanılmışdı. Nəticədə hadisənin baş verdiyi Səbail rayon 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova barəsində ev dustaqlığı cəzası seçilmişdi. Həmin cəza iyulun 9-da yenidən uzadılıb. Ailənin vəkilləri məhkəmənin qərarından şikayət veriblər.

Vəkillər bildirirlər ki, istintaq zamanı verdikləri vəsatətlərin heç biri təmin olunmayıb.

20 iyunda Elina Hacıyevanın qəbri üzərindəki fotosu cırılıb, güllər isə dağıdılıb. Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə bağlı cinayət işi açılıb. Vəkillər bu işlə bağlı da istintaqın gedişindən narazıdırlar.

Aprelin 4-də Elina Hacıyeva oxuduğu 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edib. İntiharına səbəb kimi onun məktəbdə qısnanılması, bullinqə məruz qalması göstərilir. Elinanın valideynləri deyir ki, hər dəfə onu incidən şagird və müəllimlərdən direktora şikayət edəndə o, heç bir tədbir görməyib. Hadisədən sonra məktəbin direktoru, onun müavini və psixoloq işdən çıxarılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nynvnq

Most Viewed