''Əlim iş tutandan xalça toxuyuram''

Xalça toxumaq üçün lazım olan rəngli iplər

Xalça toxumaq üçün lazım olan rəngli iplər

Sədaqət Poladova Şamaxının Ərçivan kəndində toxuculuq edir. Hələ uşaqlıqdan anasından və bacılarından bu sənəti öyrənən Sədaqət xanım onların yanında xalça toxumağa başlayıb.

"Qabaqlar Şamaxıda hamı xalça toxuyurdu. Mən də əlim iş tutandan xalça toxuyuram", - deyir Sədaqət Poladova.
Xalçaları indi ancaq sifarişlə tikən xanım sənətkar müştərisindən şikayət etmir, sadəcə deyir ki, indi bu sənəti öyrənmək istəyən o qədər də çox deyil. Baxmayaraq ki, bir xalçanı üç nəfər eyni anda toxuya bilər.

Sədaqət xanım çox zaman təkbaşına toxuyur. Qalan vaxtları isə şagirdliyə götürdüyü qızlar kömək edir. Toxuduğu xalçanın ipləri də xüsusi yun növündən əyrilir:

"Əgər səbrin çatsa, bu ipi yenidən yuna çevirmək mümkündür.

İp əyriləndən sonra təbii vasitələrlə boyanır. Ən çox rəng almaq üçün soğan və nar qabığından istifadə edilir. Rəngli ipləri tapmaq çətindir. Əvvəllər xalçaçı çox olduğuna görə, hazır da satılırdı. İndi gərək özümüz təbii vasitələrlə hazırlayaq”.

Evindəki zavod istehsalı olan xalça ilə özünün toxuduğu xalçanı müqayisə edən Sədaqət xanım deyir ki, zavod xalçasının ömrü 5-6 il, əllə toxunmuş xalçanın ömrü isə min ildir. Belə "minillik xalça"nı hazırlamağa isə Sədaqət xanıma ayyarım vaxt lazımdır. Bir xalçanın qiyməti 300 manatdan başlayaraq 1000 manata qədər uzanır.

Şamaxının Ərçivan kəndinə gedən yol bir neçə çay və yoxuşlardan keçir

Şamaxının Ərçivan kəndinə gedən yol bir neçə çay və yoxuşlardan keçir

Bu evdə yaşan Sədaqət xanım uzun illərdir xalça toxuyur

Bu evdə yaşan Sədaqət xanım uzun illərdir xalça toxuyur

Xalça toxumaq üçün lazım olan alətlər

Xalça toxumaq üçün lazım olan alətlər

Xalça toxumaq üçün lazım olan rəngli iplər

Xalça toxumaq üçün lazım olan rəngli iplər

Sədaqət xanım xalça toxumağı anasından və bacılarından öyrənib

Sədaqət xanım xalça toxumağı anasından və bacılarından öyrənib

Sədaqət xanım bu işi öz şagirdlərinə də öyrədir

Sədaqət xanım bu işi öz şagirdlərinə də öyrədir

Evindəki, zavod istehsalı olan xalça ilə özünün toxuduğu xalçanı müqayisə edən Sədaqət xanım deyir ki, zavod xalçasının ömrü 5-6 il, əllə toxunmuş xalçanın ömrü isə min ildir

Evindəki, zavod istehsalı olan xalça ilə özünün toxuduğu xalçanı müqayisə edən Sədaqət xanım deyir ki, zavod xalçasının ömrü 5-6 il, əllə toxunmuş xalçanın ömrü isə min ildir

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/950yn4

Most Viewed