Əli Kərimli

Source: Foto: Meydan tv

Caption: Əli Kərimli

Əli Kərimli sərbəst buraxılıb (yenilənib)

Article was updated on :  19 October 2019

Polis yüzlərlə insana zor tətbiq edir - Əli Kərimli aksiyada polislə üz üzə

***

23.20. AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. Bu barədə partiya sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb. Eyni zamanda, partiya funksioneri Vahid Məhərrəmli azadlıqdadır.

***

Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib

AXCP sədri Əli Kərimlinin zorla maşına mindirilərək aparıldığı bildirilir.

Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ki, partiya sədri mitinqə getmək üçün evdən çıxıb. Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu müşayiət edənlərin hamısını zorla avtomobillərə mindiriblər.

Bildirilib ki, Əli Kərimli həbs olunub.

Ərazidə internet dayandırıldığı üçün əhatəli məlumat almaq mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə “28 may” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.

Bu gün səhərdən 28 may metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  19 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/6tr2wc

Most Viewed