Ruslan Əmirov

Source: Ruslan Əmirovun şəxsi arxivindən

Caption: Ruslan Əmirov

Əli Kəriminin mühafizəçisinə hökm oxundu

Article was updated on :  17 June 2021

Ruslan Əmirova 4 il şərti cəza verilib

İyunun 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, partiya üzvü Ruslan Əmirova hökm oxunub.

O, 2020-ci ilin iyulunda Qarabağa və Azərbaycan Ordusuna dəstək yürüşünə görə məhkum edilib.

2021-ci il iyulun 17-də Səbail Rayon Məhkəməsində onun barəsində hökm çıxarılıb.

Hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Ruslan Əmirov Cinayət Məcəlləsinin 186 (özgə əmlakına ziyan vurma), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və başqa maddələrilə təqsirli bilinib. AXCP fəalı yürüş zamanı bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, maşınların aşırılması kimi olaylarda təqsirli bilinib.

Məhkəmə prosesində öncə prokuror çıxış edib və Ruslan Əmirova 4 il 6 ay şərti cəza verilməsini tələb edib.

Daha sonra müdafiə nitqilə çıxış edən vəkil Bəhruz Bayramov müvəkkilinə qarşı ittihamları sübut edən heç bir faktın olmadığını deyib və bəraət istəyib.

Ruslan Əmirov da təqsirsiz olduğunu, siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayıb.

O da bəraət hökmü çıxarılmasını istəyib.

Qısa müşavirədən sonra hakim hökmü elan edib.

Hökmə əsasən, ona 3 il 6 ay sınaq müddəti olmaqla, 4 il şərti cəza verilib.

Ruslan Əmirov hökmdən apelyasiya şikayəti verəcəyini bildirib: "Bu ittiham qondarmadır. Mən həmin gün Ordumuza dəstək verməyə gedən 30 min adamdan biri olmuşam. Hökmlə bağlı bircə cümlə deyəcəyəm: tək səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyasında - Əli Kərimlinin yanında olmağımdır..."

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  17 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/wrrklb

Most Viewed