Əli Həsənov və oğlu Şamxal Həsənov

Source: meydan tv

Caption: Əli Həsənov və oğlu Şamxal Həsənov

Əli Həsənovun oğlu əsgərliyə getmədən hərbi bilet alıb?

Məhkəmədə: “Bir işçi öldü, ört-basdır elədilər”

Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın keçmiş işçiləri hər məhkəmə iclasında onlarla bağlı yeni ittihamlar səsləndirib. Bu mənada, avqustun 16-da keçirilən məhkəmə iclası da istisna olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində S.Vəliyevanın təsisçisi olduğu "Kaspi Liseyi"nin baş mühasibi Tural Məmmədov və mühasibi Fərahim Möhbalıyevin işinə baxılır. Onlar Cinayət Məcəlləsinin 179.4 maddəsilə - "Kaspi Liseyi"nə valideynlərin ödədiyi pullardan 565 min manat mənimsəməkdə ittiham olunur.

Budəfəki məhkəmə iclasında Toğrul İsmayılov şahid qismində dindirilib. O, Tural Məmmədovun tanışıdır. Turalın avtomobilləri onun adına olub, onun həbsindən sonra isə həmin maşınlar "Kaspi Liseyi"nin balansına keçirilib.

Təqsirləndirilən T.Məmmədov bildirib ki, özü Naxçıvan qeydiyyatında olduğuna görə maşın alanda onu tanışı Toğrulun adına qeydiyyatdan keçirib: "Maşınlardan biri 2016-cı ildə almışam, 2017-də satıb, başqasını almışam. Toğrul mənə baş etibarnamə vermişdi, mən də onun əsasında başqasına satmışdım. Mənim həbsimdən dərhal sonra Toğrulu çağırıb hədələyiblər, məcburi şəkildə maşınları öz adlarına keçiriblər. Uzun müddət əvvəl başqasına satılmış maşını bunlar mənimsəyiblər".

Şahid bildirib ki, onun adına üç maşın olub: "BMW", "Touareg" və "Lexus" markalı avtomobillər: "Mənə "Kaspi"nin işçisi zəng eləyib dedi ki, maşınları verməlisən. Çağırdılar, dedikləri notatiusa getdim, keçirdim onların adlarına".

T.Məmmədov onu da qeyd edib ki, maşınlar müsadirə olunsa da, istintaq bunu nəzərə almayıb, müəyyənləşdirilən ziyanın məbləğindən çıxmayıb. Onun sözlərinə görə, Toğrul İsmayılovun adından çıxarılıb liseyin balansına keçirilən maşınlardan təkcə biri 25 min manata qiymətləndirilib. T.Məmmədov deyib ki, maşından əlavə, ondan prokurorluqda 20 min manat da nağd pul alınıb: "Heç birini də ziyandan çıxmayıblar".

Təqsirləndirilən Fərahim Möhbalıyev məhkəmədən narazılıq edərək bildirib ki, bu işə obyektiv baxılmır. Onun sözlərinə görə, ilk gündən Əli Həsənovun təsiri nəticəsində normal istintaq aparılmayıb: "İndi də məhkəmə eyni cür davam edir. Vəkillərimizin heç bir vəsatəti təmin olunmur. Təmin olunsa, araşdırılsa, çox şey üzə çıxa bilər".

Təqsirləndirilən T.Məmmədov bildirib ki, onları cinayətdə ittiham edənlərin özlərinin xeyli cinayətləri var, amma vəzifələrindən sui-istifadə edib, ört-basdır edirlər: "Sona Vəliyevagilin şirkətlərində bilirsiz nələr baş verir? Əmisi oğlanları nələr eləyirlər... İşçiləri müqaviləsiz işlədirdilər. Bir işçi öldü, ört-basdır elədilər. Əli Həsənov əlaqələrindən istifadə elədi, Daxili İşlər Nazirliyinə, prokurorluğa tapşırdı. Sona Vəliyevanın oğlu əyninə bir gün hərbi forma geyinməyib, amma hərbi bilet alıb. Necə?"

Onlar şikayətləniblər ki, Əli Həsənovdan Prezidentə ünvanlanan şikayətləri gedib ünvanına çatmağa qoymurlar: "Elnur Əliyev ("Kaspi Liseyi"nin direktoru) deyir ki, ölkənin sahibi bizik, kimə istəyirsiz, şikayət eləyin".

Məhkəmə prosesi avqustun 30-na qədər təxirə salınıb.

T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manaf göstərib.

F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.

Əli Həsənov və xanımı məhkəmədə səsləndirilən iddialarla bağlı heç bir açıqlama verməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vh7el5

Most Viewed