Mədəniyyət Evi

Source: Meydan TV

Caption: Mədəniyyət Evi

Ələt sakinləri: Mədəniyyət Evini qıfıllayıb, siçovul yuvasına çeviriblər

33 ildir ki, qapısı qıfıllı qalan tikilidən hür gün bir daş qopur

“Binanın üstünü sakinlər rəngləyib, içərisi isə zibilliyi xatırladır. Hara müraciət ediriksə, bizi aldadırlar, yalandan deyirlər, növbəti illərdə əsaslı təmir olunacaq. Bu yalançı vədlər 20 ildən çoxdur davam edir”.

Qaradağ rayonu, Ələt qəsəbəsinin sakinləri qəsəbədəki Mədəniyyət Evinin baxımsızlıqdan dağılmaqda olduğunu deyirlər. Mədəniyyət Evi 1960-cı ildə qəsəbə sakinlərinin istifadəsinə verilib. 1988-ci ilədək qəsəbədəki müxtəlif mədəni tədbirlərin, dərnəklərin tək ünvanı olub. 33 ildir ki, tikilinin qapısı qıfıllanıb və indiyədək də baxımsız vəziyyətdədir.

"33 ildir ki, tikilinin qapısı qıfıllanıb"

"33 ildir ki, tikilinin qapısı qıfıllanıb"

Source: Meydan TV

“Düşündük ki, bəlkə şəhidin ruhuna hörmətlə yanaşarlar”

Qəsəbə sakini Hacıağa Qayıbov danışır:

“1992-ci ildə Mədəniyyət Evinə şəhidimiz Zaur Qurbanovun adı verildi. Həmin vaxt artıq 3 il idi ki, Mədəniyyət Evi aktiv fəaliyyət göstərmirdi. Düşündük ki, bəlkə şəhidin ruhuna hörmətlə yanaşarlar, Mədəniyyət Evi əvvəlki səs-küylü vaxtlarına qayıdar, əsaslı təmir olunar. Ancaq bu da baş vermədi”.

"İndiyədək də baxımsız vəziyyətdədir"

"İndiyədək də baxımsız vəziyyətdədir"

Source: Meydan TV

İkinci Qarabağ Müharibəsi zamanı Ələtə şəhid tabutları və qazilər axışanda yerli sakinlər qərara gəliblər ki, şəhidlərin dəfni, qazilərin qarşılanması tədbirlərinə görə Mədəniyyət Evinin çöl divarlarına əl gəzdirsinlər və divarları boyayıblar.

“Boyadıq, oldu altı təzək, üstü bəzək...”

“Üstünü boyamışıq, ancaq içərisi zibilliyi, siçovul yuvasını xatırladır. İndi tikili olub necə deyərlər, altı təzək, üstü bəzək... Tikilinin daşı, torpağı tökülür. Belə getsə, tamamilə dağılacaq”, - Hacıağa Qayıbov deyir.

Mədəniyyət Evi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. Qurumdan bildirilib ki, Mədəniyyət Evinin əsaslı təmiri məsələsinə növbəti illərdə maliyyə imkanları çərçivəsində baxılacaq.

"İndi tikili olub necə deyərlər, altı təzək, üstü bəzək... "

"İndi tikili olub necə deyərlər, altı təzək, üstü bəzək... "

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zhc99y

Most Viewed