Ələsgər Məmmədli: Tədbirdə önə çıxanlar jurnalistlər binasından mənzil alanlardır

”Tədbirdə 4-5 nəfər media mənsubunun etdiyini seçkiboyu müxalifət və müstəqil ekspertlər edə bilməmişdi”

Source: AFU
Ələsgər Məmmədli
Ələsgər Məmmədli


”Tədbirdə 4-5 nəfər media mənsubunun etdiyini seçkiboyu müxalifət və müstəqil ekspertlər edə bilməmişdi”

Media mütəxəssisi, hüquqşünas Ələsgər Məmmədli beynəlxalq müşahidə missiyasının mətbuat konfransında mübahisə yaradan jurnalistlərin davranışlarını analiz edib. Onun fikrincə, bu davranış bir neçə istiqamətdə düşündürücüdür:

“Birincisi, hadisə spontan (özlüyündən inkişaf edən) hadisəyə bənzəmir, öncədən bu şəxslər salonda öndə yer alıblar və bəlli hazırlıq olunduğu görünür. Praktikada bənzər hadisə İTV mətbuat Aynasında kitabının təqdimatı zamanı olmuşdu və həmin təqdimat zamanı da ön yerlər öncədən tutulmuşdu. Tədbir başlayanda indi olduğu kimi ara qarışmışdı. Bu şəxslərin hamısı siyasi kimlikdə olanlar yox, media kimliyində olanlardır. Onların demək olar ki, hamısı bir mərkəzlə koordinasiyalıdır. Deməli, hadisə öncədən birilərinin koordinasiyasında planlaşdırılıb”.

Ə.Məmmədli deyir ki, tədbirdə önə çıxanların hər biri 2013-cü il iyulun 22-də “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamına əsasən, mətbuat işçiləri üçün inşa edilmiş binada mənzillərin təqdimat mərasimində 3 otaqlı mənzil alan şəxslərdir:


Quliyev Bəhruz Vaqif oğlu “Səs” qəzeti



Rəhimzadə Vüqar Gəncəli oğlu “Iki sahil” qəzeti



İskəndərov Sahil Məmməd oğlu “Lider” TV



Bədəlov Əlqismət Əjdər oğlu “Xalq qəzeti”



Hüquqşünas sual edir: Bu hadisə nəyə, kimə xidmət edir?

“İlk növbədə, bu davranışla ATƏT-in çətiri altında Azərbaycana müşahidəyə gələn 50-dən çox ölkənin 80-dək deputatına daha praktik vəziyyəti görməyə imkan yaratdılar. Yəni, bu davranışları ilə dedilər ki, ölkədə ən xırda tənqidə belə keçid yoxdur. Dərhal tənqid edənlər hədəf ola bilər, onları “ermənilərlə əlaqədə” günahlandıra bilərlər. Hətta onlar fiziki basqılara məruz qala bilərlər. Yəni, ATƏT müşahidəçiləri üçün yüz nəsihətdən bir müsibət daha aydın vəziyyəti ifadə etdi.

Yaxşı, bu tablo ölkənin, onun rəhbərinin imicinə xidmət edə bilərmi? Əlbəttə, yox. Deməli, biriləri qəsdən belə bir imic yaratmaq istəmiş ola bilər. Daxildə bunu sadiq xidmət göstəricisi kimi təqdim etsələr də, əslində işin altında ciddi təxribat görmək mümkündür…”

Ələsgər Məmmədli soruşur: Bu tədbirdə olanlardan sonra ATƏT-in təmsilçilərinin indiyə qədər deyilən və onların həmişə şübhə ilə baxdıqları digər faktlara yanaşması necə olacaq?

Hüquqşünasın fikrincə, bütün şübhələri keçəcək və deyilən mənfi məqamlar artıq subyektiv şübhədən obyektiv fakta dönəcək:

“Qısacası, dünən 4-5 nəfər media mənsubu olan şəxsin etdiyini bütün seçkiboyu müxalifət və müstəqil ekspertlər edə bilməmişdi. Bir də mənzərəyə bu pəncərədən baxın”.

Aprelin 12-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası aprelin 11-də keçirilən prezident seçkisi ilə bağlı mətbuat konfransı keçirib.

Konfransda 11 aprel növbədənkənar prezident seçkilərinin hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə, həqiqi rəqabətin olmadığı şəraitdə keçirildiyi bəyan edilib. Açıqlamaya“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq qəzeti”nin əməkdaşı Əliqismət Bədəlov və digərlər etiraz edib. Onlar “Yalan danışmağa son qoyun!”, “Bu, doğru deyil!”, “Ermənilərin hazırladıqları bəyanatı oxumayın!” – deyə çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gedib. Nəticədə tədbir dayandırılıb və missiya üzvləri zaldan çıxıb. Bunun ardınca konfransı pozanlar “Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar”-

söyləyiblər

.

15-20 dəqiqəlik fasilədən sonra missiya üzvləri qayıdıb, bəyanatı oxumağa davam edə biliblər.

Yekunda qeyd edilib ki, prezidentin səlahiyyətlərini daha da genişləndirən 2016-cı ildə keçirilən konstitusiyaya dəyişikliklərdən sonra 11 apreldə ilk dəfə olaraq seçkilər keçirilib. Amma Konstitusiya ilə qarantiya olunmuş seçkilərə aid əsas hüquq və azadlıqlar praktikada hüquqi və inzibati məhdudlaşdırmalara məruz qalıb. Seçki Məcəlləsi ətraflıdır və yaxşı tərtib olunub. DTİHB-nin əvvəlki bir neçə tövsiyəsi nəzərə alındığı halda, büronun və Venessiya Komissiyasının heç bir prioritet tövsiyəsi icra olunmayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Ana səhifəXəbərlərƏləsgər Məmmədli: Tədbirdə önə çıxanlar jurnalistlər binasından mənzil alanlardır