Ekspertlər dövlət rüsumu ilə bağlı prezidentə müraciət edəcəklər

Osman Gündüz: ”Mobil telefonlara görə rüsumların artımı əsassız olaraq ortaya atılan addımdır və doğru deyil”

Source: President.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)


Osman Gündüz: ”Mobil telefonlara görə rüsumların artımı əsassız olaraq ortaya atılan addımdır və doğru deyil”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və ekspertləri

Nazirlər Kabineti

nin iyulun 31-də “Mobil cihazların qeydiyyata alınması” haqda dövlət rüsumunun artırılmasına etiraz olaraq prezident İlham Əliyevə müraciət edəcəklər.

Bu haqda Meydan TV-yə məlumat verən Osman Gündüz deyib ki, müraciət artıq hazırdır:

“Bu gün, ya da sabah imzalanıb, ölkə başçısına göndəriləcək”.

Onun fikrincə, mobil telefonlara görə rüsumların artımı əsassız olaraq ortaya atılan addımdır və doğru deyil:

“Bir qrup insan var ki, şəxsi məqsədi üçün telefonlar gətirir, ancaq bunu kommersiya qaydasında satır. Belələri 5, 10, 100 nəfər də ola bilər. Ancaq buna görə rüsumları artırmaq ümumilikdə toplumun maraqlarına ziddir. Dövlətin əlaqəli qurumları var ki, onlar belə halların qarşısını hansısa formada almalıdırlar”.

Osman Gündüz
Osman Gündüz

Osman Gündüz müraciətdə “Asan İmza” ilə bağlı məsələyə də toxunduqlarını deyib:

“Bu sahədə rəqbətsiz mühit var. Bu məsələ də müraciətdə vurğulanıb. Hökumət bu layihə üçün vaxtilə münbit şərait yaradıb. Bu, hökumətin özünün layihəsidir. Dövlət bu layihəyə şərait yaradıb. Onların indi irəli sürdükləri xərclərin hər hansı əsası yoxdur. Bu, xərclərini çıxarmış və gəlirlər əldə etmiş layihədir. Artımın əleyhinə xeyli başqa arqumentlər də irəli sürmüşük. Xahiş etmişik ki, dayandırılsın”.

Forumun prezidenti ümid edir ki, müraciətlərinə baxılacaq:

“Çünki məsələyə adicə qiymət artımı kimi yanaşmırıq. İndiyə qədər ölkədə bu sahədə gedən bir tendensiya var. Rəqəmsal cəmiyyətin formalaşması, rəqəmsal hökumətə keçid kimi addımlar atılır, prezident tərəfdən belə məzmunda xeyli sənədlər qəbul edilib. Son artımlarla bu tendensiya bir-birinə ziddiyyət təşkil edir, onlar bir-biri ilə uzlaşmır”.

Ana səhifəXəbərlərEkspertlər dövlət rüsumu ilə bağlı prezidentə müraciət edəcəklər