Firuzə Ömər

Source: https://www.bbc.com/turkce/haberler-dunya-52671452

Caption: Firuzə Ömər

Əfqan qadın yetim qalmış körpələrə analıq edib

27 yaşlı Füruzə xəstəxanaya gələrək körpələri əmizdirib

Əfqan qadın Firuzə Ömər bu həftə Əfqanıstanın paytaxtı Kabulda xəstaxanaya edilmiş hücumda yetim qalmış körpələri əmizdirməyə könüllü olub, - BBC Türkçə xəbər verir.

Çərşənbə axşamı Kabulda doğum xəstəxanasına militanlar hücum edib. Aralarında yeni doğulmuş körpələrin, anaların və tibb bacılarının olduğu 24 nəfər öldürülüb.

27 yaşlı Firuzə hücumu televizordan eşidib. Dostları ilə danışdıqdan və sosial mediadakı fotoları gördükdən sonra tablonun nə qədər ağır olduğunu anlayıb.

Özünün də 4 aylıq körpəsi olan Firuzə körpələrə kömək etmək üçün xəstəxanaya gedir. Onun avtomobillə qət etdiyi məsafə eyni zamanda hücumlar səbəbindən risklidir, - BBC qeyd edir.

“Xəstəxanaya gettiyim zaman 20-yə qədər körpə gördüm. Bəzirləri yaralıydı. Tibb bacılarıyla danışdım və mənə ən çox ağlayan körpələri əmizdirməyi söylədilər”, - o deyib.

O, xəstəxanaya gəlməmişdən öncə tibb bacıları körpələri süd tozuyla doyurmaya çalışıblar. Firuzə bəzi körpələrin o südü içməyi rədd etdiyini deyib.

“Əmizdirməyim onları sakitləşdirdi. Onlara kömək edə bildiyim üçün xoşbəxtəm”.

Digər əfqan qadınlar da Firuzənin başlatdığı kampanyaya qoşularaq xəstəxanaya gəliblər və körpələrə qayğı göstəriblər.

“Human Rights Watch” tərəfindən “müharibə cinayəti” olaraq xarakterizə edilən hücumun məsuliyyətini hələ heç kim öz üzərinə götürməyib.

Əfqanıstan rəhbərliyi silahlıları tapmağı əmr edib.

Ölkənin paytaxtı Kabul son 40 ildən çoxdur ki, müharibə və qarşıdurma şəraitindədir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/hpib4x

Most Viewed