Oklend şəhəri

Source: https://www.hebergementwebs.com/

Caption: Oklend şəhəri

Dünyanın ən yaşamalı şəhərləri haralardır?

Oklend dünyanın ən yaşamalı yeri hesab edilir

Amerikanın Koliforniya əyalətindəki Oklend şəhəri dünyanın ən yaşamalı yeri hesab edilib.

“Economist Intelligence Unit” analitik mərkəzinin 2021-ci il üçün Qlobal Yaşayışa Uyğunluq İndeksində belə bildirilir.

Növbəti yaşamalı şəhərlər isə Osaka (Yaponiya), Adelaida (Avstraliya), Tokio (Yaponiya) və Vellinqtondur (Yeni Zelandiya).

İndeksdə 140 şəhər sabitlik, səhiyyə, təhsil, mədəniyyət, ətraf mühit və infrastruktur üzrə dəyərləndirilib.

Builki seçim datası 2021-ci il fevralın 22-dən martın 21-dək olan dövrü əhatə edib. Həmin zamanda ölkələr və şəhərlər pandemiya ilə mübarizənin müxtəlif mərhələlərində idilər.

Oklendin dünyanın ən yaşamalı şəhəri seçilməsinin bir səbəbi də COVID-19 pandemiyası ilə uğurlu mübarizəsi olub. Bura cəmiyyətin açıq qalması ilə təhsil, mədəniyyət və ətraf mühit daxil olmaqla bir sıra göstəricilərdə özünü yaxşı göstərib.

Builki indeksdə ən qazanclı çıxan şəhər ABŞ-ın Havay ştatındakı Honoluludur. Pandemiya ilə mübarizədə güclü proqresə görə şəhər 46 pillə irəliləyərək 14-cü olub.

Ümumilikdə isə COVID-19 pandemiyası şəhərlərdə yaşam səviyyəsinin azalmasına səbəb olub. Özəlliklə, Avropa və Kanada şəhərləri geriləyiblər.

Mərkəzin iqtisadçısı Simon Baptist pandemiyanın səbəb olduğu lokdaunlar nəticəsində Avropanın bir çox şəhərlərinin reytinqdə gerilədiyini bildirib: “Məsələn, son illər yuxarı pillələrdə qərarlaşmış Vyana 12-ci yerə enib. Digər tərəfdən, məsələn, Honolulu daha çox koronavirusa qarşı səmərəli tədbirlər sayəsində 46 pillə irəliləyərək 14-cü yerə çıxıb”.

Reytinqdə ilk beşlikdən sonra gələn şəhərlər Pert (Avstraliya), Sürix (İsveçrə), Cenevrə (İsveç), Melborn (Avstraliya), Brisbeyn (Avstraliya).

İlk onluqda Avstraliyanın 4 şəhəri var. Bu, həmin ölkədə pandemiyanın az hiss edildiyinin göstəricisidir.

10 ildir daxili müharibədən əziyyət çəkən Suriyanın paytaxtı Dəməşq reytinqdə son pillədədir. Həmçinin Banqladeş paytaxtı Dəkkə, Kəraçi, Papua Yeni Qvineya paytaxtı Port Morsbi də aşağı pillələrdə qərarlaşıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8iykis

Most Viewed