İtaliya

Source: Google

Caption: İtaliya

Dünyada koronavirusa yoluxanların sayı 500 minə yaxınlaşıb

Article was updated on :  25 March 2020

İtaliyada hərəkət məhdudiyyəti rejimini pozanlar 3 min avroya qədər cərimə olunacaqlar

Bakı vaxtı ilə saat 09:00-a olan vəziyyətə görə dünyada 399 min 191 koronavirusa yoluxma faktı aşkarlanıb.

Rusiyanın “İnterfax” agentliyinin məlumatına görə virusdan ölənlərin sayı 18 min 149, sağalanların sayı 101 min nəfərdir.

Ötən sutka ərzində dünyada virusa yoluxanların sayı 43 591 nəfər, virusdan ölənlərin sayı isə 2 min 58 nəfər artıb.

Avropada xəstələnən və ölənlərin sayına görə İtaliya liderdir. Bu ölkədə indiyə qədər 69 min 176 nəfər virusa yoluxub, 6 min 820 nəfər ölüb.

İspaniyada 39 min 673 nəfər xəstə (2696 nəfər ölən) var, Almaniyada 27 min 436 xəstə (114 ölən), Fransada 22 min 300 xəstə (1100 ölən), İsveçrədə 8 min 836 xəstə (86 ölən), Böyük Britaniyada 8 min 77 xəstə (422 ölən), Niderlandda 5 min 560 xəstə (213 ölən), Avstriyada 4 min 876 xəstə (28 ölən), Belçikada 3 min 743 xəstə (88 ölən), Norveçdə 2 min 566 xəstə (10 ölən), Portuqaliyada 2 min 362 xəstə (33 ölən), İsveçdə 2 min 272 xəstə (36 ölən), Danimarkada 1591 xəstə (32 ölən), Türkiyədə 1529 xəstə (37 ölən), Çexiyada 1394 xəstə (3 ölən), İrlandiyada 1329 xəstə (7 ölən), Lüksemburqda 1099 xəstə (8 ölən).

ABŞ-da 44 min 119 nəfərdə virus aşkarlanıb (541 nəfər ölüb). Bununla yanaşı Con Hopkins universitetinin məlumatına görə isə ABŞ-da 55 min 41 nəfər virusa yoluxub, 790 nəfər ölüb.

Braziliyada 2 min 201 nəfər xəstələnib (46 ölüb), Kanadada 1959 xəstə (47 ölüb), Ekvadorda 1049 xəstə (27 ölüb).

İtaliya

İtaliya

Source: Foto: sosial şəbəkə

Asiyada ən çox xəstələnən və ölən Çindədir. Dekabrdan bu günə qədər 81 min 218 nəfər xəstələnib (3 min 163 ölüb), Cənubi Koreyada 9 min 137 xəstə (126 ölüb), İranda 24 min 811 xəstə (1934 ölüb), Yaponiyada 1853 xəstə (53 ölüb), Malayziyada 1624 xəstə (16 ölüb).

Avstraliyada 2 min 252 nəfər virusa yoluxub (8 nəfər ölüb).

Britaniyada martın 25-də koronavirusa görə deputatların tətilə göndərilməsi məsələsi səsə qoyulacaq. Deputatlara aprelin 21-ə qədər tətil təklif ediləcək. Həmin tarixdə onlar büdcəni müzakirə edəcəklər.

Hökumət isə iclasları videoəlaqə vasitəsilə keçirəcək.

Bundan əvvəl bir neçə deputat koronavirus simptomlarına görə özlərini təcrid ediblər. Palatanın spikeri Lindsi Hoyl deputatlara oturarkən biri-birləri arasında məsasfə saxlamağa çağırıb.

İtaliyanın Nazirlər Kabineti isə koronavirusla bağlı mübarizə qaydalarını pozanların, hərəkət məhdudiyyəti rejimini pozanların 400 avrodan 3 min avroya qədər cərimə edilməsi barədə qərar qəbul edib.

Fransız Qvianasında isə Quru kosmik mərkəzindən 40 min tibbi maska oğurlayıblar. Maskalar əməkdaşlar üçün saxlanılırdı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/whwvm5

Most Viewed