Dunya Miyatoviç

Source: Foto: Meydan TV

Caption: Dunya Miyatoviç

Dunya Miyatoviç: Assanjın ABŞ-a ekstradisiyası mətbuat azadlığına zərbə ola bilər

“İttihamların əksəriyyəti araşdırma jurnalistikasının əsasını təşkil edir”

“WikiLeaks” in qurucusu Julian Assanje ABŞ-a təhvil verilməməlidir, çünki bu, mətbuat azadlığına təsir edə bilər”.

Bunu Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviç deyib.

48 yaşlı Assanje Londonda həbsxanadadır. Gələn həftə onun ekstradisiyası ilə bağlı məhkəmə dinləmələri keçiriləcək. ABŞ hökuməti onun dövlətin kompüterlərinə qeyri-qanuni giriş etmək və casusluq qanununu pozmaq da daxil olmaqla 18 ittiham üzrə mühakimə edilməsini istəyir.

Dunja Miyatoviç deyib ki, Assanjın işi ictimai maraqlar naminə gizli məlumatları yayan, insan hüquqları pozuntularını ifşa edən insanların müdafiəsi ilə bağlı suallar doğurur.

“Julian Assanja qarşı irəli sürülən ittihamların və iddianamədə sadalanan cinayətlərin geniş və qeyri-müəyyən təbiəti narahatlıq doğurur, çünki onların əksəriyyəti Avropada və ondan kənarda araşdırma jurnalistikasının əsasını təşkil edir. Nəticə etibarilə Julian Assanjın ekstradisiyasına icazə vermək media azadlığına təsir edə bilər və nəticədə mətbuata demokratik cəmiyyətlərdə məlumat ötürməyə və ictimai nəzarət keşikçisi vəzifəsini icra etməyə mane ola bilər”, - Miyatoviç deyib.

O həmçinin ABŞ-dakı saxlanma şəraiti və Assanja verilə biləcək hökmdən narahat olduğunu bildirib.

Assanjın “WikiLeaks” saytı 2010-cu ilin əvvəlində Bağdadda 2007-ci ildə ABŞ hərbiçilərinin helicopter vasitəsilə hücumunu əks etdirən videonu yayıb. Videoda hücum nəticəsində “Reuters” agentliyinin iki müxbiri də daxil olmaqla bir sıra adamın ölüməsi göstərilib. Video dünyada rezonansa səbəb olmuşdu. O zamandan etibarən sayt ABŞ-a aid çoxlu sayda gizli diplomatik məlumatlar və digər məxfi sənədlər yayımlayıb. “WikiLeaks” ABŞ-ın 2016-cı il prezident seçkiləri zamanı elektron poçtlardakı yazıları dərc etdikdən sonra demokrat namizəd Hillari Klintona zərər vurmuşdu. Daha sonra o, Rusiyanın ABŞ siyasətinə qarışmasına yardım etməsində və Qərbə xələl gətirmək cəhdlərində günahlandırılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9pxky0

Most Viewed