DSX: Yaralanan əsgərin vəziyyəti yaxşıdır

“Həkim komissiyası qərar verdikdən sonra hospitaldan evə buraxılacaq”

Source: Report

"Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bayramovun vəziyyəti yaxşılaşıb".

"Report"a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov belə deyib.

Onun sözlərinə görə, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: "Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra hospitaldan evə buraxılacaq. Hazırda müalicəsi davam edir".

İyulun 18-də Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində Dövlət Sərhəd Xidmətinin bir əsgəri yaralanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə gecə saat 00:20-də baş verib.

DSX-nın məlumatında bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb.

Ana səhifəXəbərlərDSX: Yaralanan əsgərin vəziyyəti yaxşıdır