“Keşikçidağ”

Source: Foto: arxiv

Caption: “Keşikçidağ”

DSX “Keşikçidağ”da təxribat ola biləcəyi barədə məlumat yayıb

Article was updated on :  4 June 2020

“Baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”

Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində iyun ayının 4-də təxribat törədilə bilər.

Belə bir məlumatla Dövlət Sərhəd Xidməti (DSX) çıxış edib.

DSX bildirib ki, bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub və Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb:

“Dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”.

Ötən ilin 20 aprel tarixində Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan-Azərbaycan dövlət sərhədini ziyarət edəndən və “David Qareci” monastr kompleksinin ərazisində sərhədçilərə baş çəkdikdən sonra mövzu təkrar gündəmə gəlib.

2019-cu ilin yayında tarixi abidə ətrafında vəziyyət gərginləşib. Vəziyyət hökumətlərarası komissiyanın işi başlayandan sonra stabilləşib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 June 2020
Featured in:  
Shortlink:   http://mtv.re/54aqw2

Most Viewed