Direktor: Naxçıvan Avtomobil Zavodunda iş getmir

''2017-ci ildə cəmi 3 avtomobil satmışıq''

“2017-ci ildə Naxçıvan Avtomobil Zavodu cəmi 3 avtomobil satıb. Hazırda iş getmir”, - zavodun direktoru Musa Abdullayev belə deyib. 

O, modern.az-a sifariş verdikləri 30 “620” modelində  olan avtomobillərin hazırda İranda olduğunu, bir həftəyə gələcəyini deyib: 

“Avtomobillər gələndən sonra işə başlayacağıq”.

Musa Abdullayev əvvəlki illə müqayisədə sifarişlərin az olduğunu söyləyib: "Buna baxmayaraq, var gücümüzlə işləyəcəyik. Gətirilən avtomobillər sifariş deyil. Onlar həm dövlət təşkilatları, həm də vətəndaşlar üçündür. Biz zavodda bütün növ avtomobillərin olmasını istəyirik ki, alacağımız sifarişləri dərhal təmin edə bilək. Hələlik sifarişlərimiz dayanıb”.

Direktor dolların məzənnəsindən də danışıb. Bunun qiymətlərə təsir etmədiyini deyib: 

“Hazırda dolların məzənnəsi nisbətən stabilləşib. Ona görə də qiymətlərdə dəyişiklik etməyi düşünmürük. “NAZ-lifan” avtomobillərinin qiyməti 11- 33.500 manat arasında dəyişir. Ən bahalı model NAZ-Lifan “820”-dir”.

2016-cı ilin yanvarında  - prezident dövlət məmurlarına yerli avtomobil minməsini məsləhət görəndən sonra gözlər Naxçıvanın “Nazlifan”ına dikilib. 

Zavodun istehsalı 2014-cu ildə artaraq 1800-ü keçmişdi. Ancaq ötən il istehsal yarıdan da aşağı düşüb. Zavod bunun səbəbini açıqlamayıb. Yalnız bunu deyiblər:

“Yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilədək yüksəldə bilər”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/z7yiar

Most Viewed