"Diqlas" Ticarət Mərkəzi

Source: report.az

Caption: "Diqlas" Ticarət Mərkəzi

''Diqlas'' Ticarət Mərkəzi yanıb

Article was updated on :  26 March 2019

Kəmaləddin Heydərov: ''Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir''

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Binadakı insanlar təxliyə ediliblər.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Ticarət Mərkəzi

Ticarət Mərkəzi

Source: Foto: Turan İA

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.

Nazir K.Heydərov jurnalistlərə deyib ki, ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar da yanan maddələrdir:

“Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Yanan ərazi

Yanan ərazi

Source: Foto: ona.az

Jurnalistlərin sahibkarlara kompensasiya veriləcəyi barədə suala nazir Heydərov belə cavab verib:

“Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır. Hər bir sahibkar öz malını sığortalamalıdır. Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

Fövqəladə hallar naziri Kamaləddin Heydərov

Fövqəladə hallar naziri Kamaləddin Heydərov

Source: Foto: ona.az

Yanğının səbəblərinə gəlincə, K.Heydərov bildirib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı müvafiq addımlar atacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  26 March 2019
Featured in:  
Shortlink:   http://mtv.re/zwp2jv

Most Viewed