Source: Google

DİN: İt döyüşlərini təşkil edənlər saxlanıldı

Azərbaycanda it döyüşlərini təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb. Xidmətin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun verdiyi məlumata görə, bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər DİN tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Nəticədə həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar. “Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda bildirilir.

İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda o da qeyd olunurdu ki, döyüşə hazırlanan itlərə narkotik maddələr verilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/pe8sfi

Most Viewed